Dünyanın ən bahalı 10 məhsulu

07 Kasım 2015
2 318
5
Dünyanın ən bahalı 10 məhsulu
Dünyanın ən bahalı 10 məhsulu

Dünyanın ən bahalı 10 məhsulu

Kral yemişi - $12 000
Yaponiyada bir-birinə delikateslər vermək xoş adətdir. Məhz buna görə də elit məhsulların payının böyük hissəsi bu ölkənin payına düşür. Bunlardan biri də kral yemişi olan yubaridir. Bu iki növ yemişin hibritidir. Bu növ az sayda Hokkaydo adasında yetişdirilir. Yemişin qiyməti 24 min dollara kimi qalxa bilir.

Yaponlar düşünürlər ki, bu qeyri adi bir bostan bitkisidir. Onun təkrarolunmaz dadı və ətri, ideal dairəvi forması, məxsusi rəngi var. Hesab edilir ki, onun görünüşü farfor vazanı xatırladır.


Dünyanın ən bahalı 10 məhsulu

Dünyanın ən bahalı 10 məhsulu

Qara qarpız - $ 6000
Yaponiyanın daha bir elit delikatesidir. Əslində onun rəngi tünd yaşıldır və üzərində zolaqlar yoxdur. Kral yemişi kimi oda ancaq Hokkaydo adasında yetişir və çox nadir məhsuldur. Onun üçün rekord qiymət 2003-cü ildə verilən 6 min dollar olub. Sonradan qiymətdə cüzi ucuzlaşma olub. Qarpızın 90 faiz sudan ibarət olduğunu nəzərə alsaq onun belə baha olmasının səbəbləri anlaşılmazdır.

Dünyanın ən bahalı 10 məhsulu

Dünyanın ən bahalı 10 məhsulu

Yaqut üzüm - salxımı $ 5400
Xüsusi rəngi, iri gilələri ilə seçilən yaqut üzüm də Yaponiyanın məhsuludur. Onun hər giləsinin diametri 3-sm-dən başlayır və 20 qrama çatır. Bu sort 14 illik təcrübənin nəticəsində əldə edilib. Ötən ilin yayında üzüm hərracda 5400 dollara satılıb.

Dünyanın ən bahalı 10 məhsulu

Dünyanın ən bahalı 10 məhsulu

Almaz kürü - bir kiloqramı 10 000 avro
Yəqinki albinos ağ balığın kürüsünü görən və ya yeyən adamımların sayı barmaq sayından çox deyil. Bu dünyanın ən bahalı kürülərindəndir. Balıq nə qədər böyük, kürü nə qədər rəngli olsa, bir o qədər baha olur. "Almas" adlandırılan bu kürünün bir 1 kq-nın qiyməti 10 min avroya çatır. Onun bahalığı isə ağ balığın özünün nadir canlı olaraq "Qırmızı kitab"a düşməsi ilə bağlıdır. Albinos ağ balığın kürüsü meşədə iynə tapmağa bərabərdir.

Dünyanın ən bahalı 10 məhsulu

Dünyanın ən bahalı 10 məhsulu

Mərmər mal əti - 1 kq-ı 800 dollar
Bu vaqyu cinsindən olan mallların zərif və yağlı mərmərə bənzər ətidir. Yaponiya bazarında bu ətin kq-ı 250–400 dollar arasındadır. Başqa ölkələrdə isə qiymət daha baha olur. Buna səbəb isə heyvanların xüsusi qulluq və saxlanma şəraiti tələb etməsi ilə bağlıdır. Bu inəklər seçilmiş otlar və buğda ilə qidalanır, premyum sinfinə məxsus pivə içir, stressə qarşı massaj edilirlər. Bu həm də yağın onların bədənində bərabər paylanmasına kömək edir.

Dünyanın ən bahalı 10 məhsulu

Dünyanın ən bahalı 10 məhsulu

Ağ trufel - 1 kq 32 000 dollar
Dünyanın ən bahalı göbələyidir. O, ancaq Fransa, İtaliya və Xorvatiyanın müəyyən sahələrində bitir. Bu delikates sayılan göbələyi tapmaq çətin, saxlamaq isə demək olar ki, qeyri-mümkündür. Məsələn, ötən ilin dekabr ayında 1,89 kq çəkisi ağ trüfel Nyu York hərracında 61 min dollara satılmışdı.

Dünyanın ən bahalı 10 məhsulu

Dünyanın ən bahalı 10 məhsulu

Zəfəran - 1 kq 9600 dollar
Bu ədvanın belə baha olması onun yetişdirməyin olduqca çətin olması ilə bağlıdır. Zəfərən çiçəyində cəmi 2-3 ədva teli olur. Onu yığmaq çətin olsa da yeməklərdə bircə qramı nəfis dadlar əldə etməyə kömək edir. Zəfəran yeməklərə qırmızıya bənzər rəng və xüsusi nəfis dad verir, həzmi asanlaşdırır, dərini gözəlləşdirir. O dünyanın ən bahalı ədviyyatıdır.

Dünyanın ən bahalı 10 məhsulu

Dünyanın ən bahalı 10 məhsulu

Mavi durna balığı - 1 kq 8100 dollar
Dünyanın ən iri və sürətli balıqlarındandır. 2012-ci ildə çəkisi 222 kq olan bu balıq hərracda 1,8 milyon dollara satılıb. Bu il isə 180 kq çəkili balığı yapon restoran sahibi 37 500 dollara alıb. Mütəxəssislərin fikrincə, balığın qiymətindəki bu ucuzlaşma onun sayının nisbətən artması ilə bağlıdır.

Dünyanın ən bahalı 10 məhsulu

Dünyanın ən bahalı 10 məhsulu

Fransız kartofu - 1 kq 457 dollar
"La bonnotte de Noirmoutier" Nuarmute adasında yetişdirilir. Məhsuldarlıq ildə 100 tondan artıq olmur. Bu növə xüsusi qulluq lazımdır və onu demək olar ki, saxlamaq mümkün deyil. Kartofun özünəməxsus kəmirin dadı var. İlk dəfə bazara çıxarılanda kq-ı 457 avrodan satılıb. İndi isə qiymətlərdə ucuzlaşma var. Hətta may ayında qiymətin 10 avroya kimi düşəcəyi gözlənilir.

Dünyanın ən bahalı 10 məhsulu

Dünyanın ən bahalı 10 məhsulu

Müşk pişiyi kofesi - 1 kq 2800 dollar
İndoneziyada yetişdirilən ən qeyri-adi və bahalı kofedir. Müşk pişiyi adlandıran balaca heyvanların nəcisindən əldə edilir. Satıcıların sözlərinə görə, bu kofenin özünəməxsus zərif karamel dadı var, şokolad qoxusu gəlir və tanrıların içkisidir.

Maraqlısı odur ki, uzun müddət bu heyvanlar Asiyada ziyanverici hesab ediliblər. Lakin sonradan müəyyən edilib ki, heyvanın mədəsinə düşən kofe dənələri xüsusi işləmədən keçir və tərkibində dəyişiklik olur. Acılığını itirən kofedə kofein də azalır. Baha olması isə bu kofeni əldə etməyin çətiniyi ilə bağlıdır.


Dünyanın ən bahalı 10 məhsulu

Dünyanın ən bahalı 10 məhsulu
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Minyon giril
    buna goren bu qeder pul veren var :D ne ecayib ya
  2. Tatlı Yalancı
    Qeribediee maraqli xeber idi cox saol))
  3. BaRCaLi_QiZ
    ALLAH agil versin size bizde kartofun kilosu 50-60 qepikdi
  4. AleDa
    • AleDa
    • 7 Kasım 2015 12:33
    Mence en cox uzum dadlı gorunur.. Tewekkurler
  5. -Aydan-
    -Ən çox qara qarpız dadlı görünür birdə ət..)
    -TəşəkkürləR.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.