Şuba salatı (foto-resept)

12 Kasım 2015
7 006
1
Şuba salatı (foto-resept)
Şuba salatı (foto-resept)

Şuba salatı (foto-resept)

Tərkibi:

Duzlu balıq əti - 300 q

Kartof - 3 ədəd

Kök - 2 ədəd

Çuğundur - 2 ədəd

Yaşıl alma - 2 ədəd

Soğan - 2 ədəd

Mayonez

Cəfəri, şüyüd
Duz


Hazırlanması:

Şuba salatı (foto-resept)

Əvvəlcə yerkökü və kartofu bişiririk.

Şuba salatı (foto-resept)

Sonra çuğunduru ayrı qabda bişirin.

Şuba salatı (foto-resept)

Soğan xırda-xırda doğranılır.

Şuba salatı (foto-resept)

Əgər soğan çox acıdırsa, onda belə edilir: Soğanın üzərinə qaynar su tökülür və 10 dəqiqə saxlanılır. Sonra suyunu süzün və soyuq su ilə 2-3 dəfə yaxalayın ki, soyusun.

Şuba salatı (foto-resept)

Duzlu balıq əti xırda doğranılır.

Şuba salatı (foto-resept)

İndi isə bişmiş çuğunduru təmizləyib sürtgəcin xırda gözündən keçiririk.

Şuba salatı (foto-resept)

Kökü də təmizləyib sürtgəcin xırda gözündən keçiririk.

Şuba salatı (foto-resept)

Sonra kartofu sürtgəcin xırda gözündən keçiririk.

Şuba salatı (foto-resept)

Alma təmizlənib sürtgəcin orta gözündən keçirilir.

Şuba salatı (foto-resept)

İndi salatımızı düzəltməyə başlayırıq:
Salatımızı hazırlayacağımız qaba mayonez çəkib üzərinə kartofu əlavə edirik.
Sonra kartofun üzərinə bir azca duz səpirik və mayonez çəkirik.

Şuba salatı (foto-resept)

Sonra duzlu balığı qoyuruq və üzərinə mayonez çəkirik.

Şuba salatı (foto-resept)

Balığın da üzərindən soğanı əlavə edirik.

Şuba salatı (foto-resept)

Sonra kök və mayonez əlavə edirik.

Şuba salatı (foto-resept)

Kökün üzərindən almanı rəndələyib tökürük və mayonez çəkirik.

Şuba salatı (foto-resept)

Almanın da üzərindən çuğunduru əlavə edib düzəldirik.
Sonra hazır salatın üzərinə mətbəx şprisi vasitəsi ilə mayonezlə naxış edilir.

Bəzək üçün isə kənarlarına göyərti düzürük.

Və salatımız hazırdır.


Şuba salatı (foto-resept)

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. AleDa
    • AleDa
    • 12 Kasım 2015 18:18
    Alma baliq birde sogan bunlari men vurmuram. Toyuq etiyle edirem. Coxda beyenilir.. Tesekkurler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.