Qışda nağıl kimi istirahət

13 Kasım 2015
3 930
2
Qışda nağıl kimi istirahət
Qışda nağıl kimi istirahət

Qışda nağıl kimi istirahət

İstirahət etmək ,əylənmək insana lazım olan, ən vacib şeylərdən biridir. Bəziləriniz "yay bitdi, istirahət də bitdi"- deyə düşünürsünüz. Amma bu heç də doğru fikir deyil. Çünki, hər fəslin öz gözəlliyi var və bundan zövq almaq lazımdır.

Elə qışın da özünə məxsus gözəlliyi var. Təbiətin öz ağ donunu geyindiyi bu fəslin ən gözəl hadisəsi isə qarın yağmasıdır. Bu cür təbiət hadisəsinin baş verdiyi bir fəsildə istirahətin dadını çıxarmaq lazımdır.

Sizə qışda istirahət etmək üçün bir neçə ölkədə yerləşən qış turizm zonalarını təqdim edirik:

Qış aylarının ən əyləncəli məşğuliyyətlərindən biri xizək sürməkdir. "Xizək idmanı üçün yaşım çoxdur, ya da tezdir" deyə düşünməyin!

Bir çox idman növlərində yaş böyük rol oynasa da ,bu xizək sürməyə aid deyil. 6-60 yaş arasında olan hər bir şəxs xizək sürə bilər. Sağlamlığınızda hər hansı bir problem yoxdursa, yaşınız neçə olursa-olsun, bunu təcrübədən keçirə bilər, hətta bütün texniki bilikləri öyrənib yaxşı xizəkçi ola bilərsiniz
.

Qışda nağıl kimi istirahət

1.“Vistler Blackkomp” - Kanadada yerləşən bu qış turizm mərkəzində dünyanın ən dik xizəksürmə yolları yerləşir. Mərkəzdə cürbəcür kafelər, buz içində restoran var. Burada Çin, Fransa, Yunanıstan, İtaliya, Meksika, Tailand və Aralıq dənizi ölklərinə aid yeməklər təklif olunur.

Qışda nağıl kimi istirahət

2. “Kitzbuhel” -Avstriyada yerləşən Kitzbuhel həm də Alp incisi adlanır. Bu düşərgənin 700 illik tarixi var. Dünyanın ən qədim turizm mərkəzlərindən olan Kitzbuhel həm də orijinallığı ilə seçilir.

Qışda nağıl kimi istirahət

3. “Zermatt” – İsveçrədə yerləşən bu istirahət mərkəzində dünyanın ən böyük dağ liftləri yerləşir. Bu turizm kompleksində olan turistlər böyük məmnuniyyətlə yenidən bu istirahət mərkəzinə qayıtmaq arzusunda olurlar.

Qışda nağıl kimi istirahət

4. “Vail” (ABŞ-Kolorado) - burada dünyanın ən böyük xizəksürmə meydançası yerləşir. Turizm mərkəzində həmçinin çoxlu sənət qalereyaları, hokkey meydançaları, muzeylər var.

Qışda nağıl kimi istirahət

5. “Banff Alberta”(Kanada) - bu turizm mərkəzinin əsas özəlliyi Luis gölü ətrafında dağlıq ərazidə yerləşməsidir. Meşələrlə əhatə olunması və gözəl landaşaftı turistləri bu kompleksə cəlb edən əsas amillərdən biri hesab olunur.

Qışda nağıl kimi istirahət

6. “Şamonix Mont-Blank” (Fransa) - 1924-cü il Qış Olimpiya Oyunları burada keçirilib. Alp dağlarının ikinci ən yüksək zirvəsi də turizm mərkəzinin ərazisindədir.

Qışda nağıl kimi istirahət

7. “Tremblant” “Tremblant” (Kanada) - Bu düşərgəni Kanadanın ən böyük şəhəri olan Monrealdan 1 saatlıq yol ayırır. 2000-ci ildə yaradılan bu kompleks daha çox xizək sürənlərin diqqətini cəlb edir.

Qışda nağıl kimi istirahət

8. “Kortina” (İtaliya) - Dəniz səviyyəsindən 1200 metr hündürlükdə yerləşən bu kurort zonası Alp dağlarının ətəyindədir. 1956-cı ildə Qış Olimpiya oyunlarının səhnəsi olmuş Kortina həm də ən qədim qış düşərgələrindəndir.

Qışda nağıl kimi istirahət

9. “Aspen” (ABŞ-Kolorado) -Kolorado Ştatında yerləşən bu istirahət kompleksdə adətən dağ xizəyi üzrə yarışlar təşkil edilir. Aspen uca dağlar və dərin kanyonlarla əhatə olunub.

Qışda nağıl kimi istirahət


anspress.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    Tremblant” “Tremblant” (Kanada) və “Aspen” (ABŞ-Kolorado) çox gözəl idi tam nağıl kimi)
    -Təşəkkürlər.
  2. AleDa
    • AleDa
    • 14 Kasım 2015 00:15
    Gozel yerlerdı.. En cox “Banff Alberta”(Kanada) bunu beyendım.. Tewekkurler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.