Məşhur saqqız divarı təmizlənir

13 Kasım 2015
2 254
4
Məşhur saqqız divarı təmizlənir
Məşhur saqqız divarı təmizlənir

Məşhur saqqız divarı təmizlənir

Amerikada ilk baxışda rəngarəng görüən, ancaq əslində ceynənmiş saqqızlardan ibarət bir divar var. Bu divarın hekayəsi 1990-cı illərdən başlayır. Seattle şəhərində Post Alley teatrına bilet almaq üçün sıra gözləyənlərin saqqız yapışdırması ilə başlayan ənənə uzun illərdir ki, davam edir. Teatr rəhbərliyi ilk əvvəl bundan narahat olub təmizləsə də, insnaların inadla saqqız yapışdırmasını qəbul etməli oldular.

Məşhur saqqız divarı təmizlənir

Hər kəsin qəbul etdiyi saqqız yapışdırma adəti böyüyərək, tanınmağa başlandı. Artıq Seattle şəhərinə gələn hər kəs buranı ziyarət edərək fotolar çəkib, saqqız yapışdırır. Sanki şəhərin tarixi bir məkanı kimi turistlərin və əhalinin ziyarət etdiyi bu rəngarəng divar isə əslində minlərlə insanın ağzından çıxan saqqızlardan ibarətdir. Bu divarla bağlı fərqli qəribə inanclar belə yaranıb. Əgər bu divar önündən keçdiyiniz halda saqqız yapışdırmasanız bütün bəlaların sizi tapacağını deyirlər. Saqqızın arasına qəpik yerləşdirib yapışdıranlar da xeyli saydadır.

Məşhur saqqız divarı təmizlənir

Bu günlərdə isə divar yenə hər kəsin diqqət mərkəzindədir. Seatlle şəhər rəhbərliyi illər sonra ilk dəfə divarı təmizləməyə başlayıb. Əhalinin bir hissəsi buna etiraz etsə də, rəhbərlikdən çirklilik və gigiyena səbəbindən divarı təmizləməli olduğunu açıqlayıblar. Saqqız divarındakı təmizlik üç günə bitəcək. Bunun üçün bələdiyyə buxar maşınlarından istifadə edir.

Məşhur saqqız divarı təmizlənir

Məşhur saqqız divarı təmizlənir

Məşhur saqqız divarı təmizlənir

Məşhur saqqız divarı təmizlənir

“Saqqız Divarı” nın təmizlənməsi

Məşhur saqqız divarı təmizlənir

Məşhur saqqız divarı təmizlənir

Məşhur saqqız divarı təmizlənir

Məşhur saqqız divarı təmizlənir



pahoo.az

RƏYLƏR
  1. Bella
    • Bella
    • 20 Kasım 2015 16:34
    Çox maraqlıdır. Saqqızlar divara rəngarənglik qatıb.Mənimçün qeyri- adi xəbər oldu. Sağ olun
  2. -Aydan-
    -aa niyə təmizlədilər ki maraqlı görünürdü..
    -Təşəkkürlər.
  3. crazy_reniw
    maraqli ve rengarengdir ve bir o qederde iyrenc ))
  4. Minyon giril
    ooo ne qeder sakiz var divarda heyif yazik olub dagitmalari
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.