Şərq qəhvəsinin hazırlama qaydası (foto-resept)

17 Kasım 2015
1 631
1
Şərq qəhvəsinin hazırlama qaydası (foto-resept)
Şərq qəhvəsinin hazırlama qaydası (foto-resept)

Qəhvə insanların hər gün içdiyi içkilərdən biridir. Qədim tarixi olan qəhvənin dövrümüzə qədər gəlib çatan müxtəlif hazırlanma üsulları var. Hər xalq özünə məxsus şəkildə qəhvəni hazırlayıb içir. Yorğunluğu çıxarıb, insanı gümrahlaşdırdığı üçün iş yerində, dərs oxuyan zaman və s. hallarda qəhvədən istifadə edir.

FeaT.aZ Ans press-ə istinadən sizlərə Şərq sayağı qəhvə dəmləmək qaydasını təqdim edir.


Şərq qəhvəsinin hazırlama qaydası (foto-resept)

Lazım olanlar:

4 çay qaşığı üyüdülmüş qəhvə
2 kəllə qənd

Hazırlanması:

Üyüdülmüş 4 qaşıq qəhvəni cezvəyə (qəhvə hazırlama üçün qab) tökün və üzərinə qəndləri əlavə edin. Qabı lazım olan qədər su ilə doldurub, yaxşıca qarışdırın. Odun üzərinə qoyub, köpük yaranana qədər tez-tez qarışdırmağa davam edin. Köpük yarandıqda tez 1-2 dəqiqəlik odun üzərindən götürün.Yenidən cezvəni odun üzərinə qaytarın qaynayana qədər saxlayıb, götürün (qaynatmayın). Köpüyün yatmasına imkan verin və odun üzərinə qaytarıb, yenidən qaynayana qədər saxlayın.

Şərq qəhvəsinin hazırlama qaydası (foto-resept)

Şərq qəhvəsinin hazırlanmasının əsas incəliyi odur ki, qəhvə qaynama vəziyyətinə 3 dəfə gəlsin amma heç birində əsla qaynamasın.Yəni hər dəfə köpük əmələ gələn kimi oddan götürüb, köpük ennəndən sonra odun üzərinə qaytarmaq lazımdır.Yaxşı bir Şərq qəhvəsi hazırlamaq istəyirsinizsə buna çox diqqətli yanaşmalısınız.

Şərq qəhvəsinin hazırlama qaydası (foto-resept)

Fincanlara süzməzdən əvvəl hər fincanın dibinə köpükdən bir qədər əlavə edin. Qəhvəni yanında su ilə servis edə bilərsiniz.


Şərq qəhvəsinin hazırlama qaydası (foto-resept)

Nuş olsun.Şərq qəhvəsinin hazırlama qaydası (foto-resept)
Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    ənçox bunu bilmək isdiyirdim..-Təşəkkürlər.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.