Gözəl görünüşlü "göy qurşağı" tortu (foto-resept)

18 Kasım 2015
5 365
3
Gözəl görünüşlü "göy qurşağı" tortu (foto-resept)
Gözəl görünüşlü "göy qurşağı" tortu (foto-resept)

Gözəl görünüşlü "göy qurşağı" tortu (foto-resept)

Adətən yağışdan sonra günəş çıxdıqda görünən göy qurşağı bütün insanlarda, əsasəndə uşaqlarında sevincinə səbəb olur. Göz oxşayan əlvan rənglərin insanın əhvalına yüksək təsir etdiyindən yeməklərdə də rəngarəngliyə üstünlük verənlər az deyil. Əsas odur ki göz yorulmasın.

Əgər Sizdə mətbəxinizdə rəngarəngliyə üstünlük verirsinizsə, o zaman "Göy qurşağı" tortunu mütləq hazırlamalızınız. Bu tort qonağlıqlarınıza ğa rəng qatacaq və heç kəsi biganə qoymayacaq.



Gözəl görünüşlü "göy qurşağı" tortu (foto-resept)

Tərkibi:

Xəmir üçün:

3 stəkandan bir az çox un
2 stəkan şəkər tozu
1.5 stəkan yağsız süd
1.5 çay qaşığı vanil tozu
3 ədəd yumurta
180 qr kərə yağı
3 çay qaşığı qabartma tozu
2/3 çay qaşığı duz
5 cür rəngli və 1 qara qida boyası

Krem üçün:

180 qr kərə yağı
2 stəkandan bir az çox (1/5 stəkan) şəkər kirşanı
2 çay qaşığı vanil
4 xörək qaşığı süd


Gözəl görünüşlü "göy qurşağı" tortu (foto-resept)

Hazırlanması:

Xəmir: Un və şəkər tozunu qarışdıraraq, kərə yağını xırda-xırda doğrayıb üzərinə əlavə edin. Daha sonra mikserlə yaxşıca çalın. Ardınca üzərinə yumurtaları, qabartma tozunu, vanili və südü əlavə edərək, yenidən yaxşı-yaxşı qarışdırın.

Krem: Yağı mikserlə çalararaq üzərinə şəkər kirşanı və vanil əlavə edib, yavaş-yavaş südü əlavə edin. Bütün südü əlavə etdikdən sonra qarışımı krem halına gələnə qədər qarışdırın.

Gözəl görünüşlü "göy qurşağı" tortu (foto-resept)

1. Xəmirdən 1 çay fincanı ayırıb onu qara rənglə qarışdırın. Daha1.5 çay fincanı xəmir ayıraraq, onu 5 müxtəlif rəngə ayrı ayrı boyayıb kiçik mətbəx kisələrinə yığın. Yerdə qalan xəmirdən elə istifadə edin ki 3 ədəd biskivit üçün çatsın.

Gözəl görünüşlü "göy qurşağı" tortu (foto-resept)

2. Biskiviti bişirəcəyiniz formanı yağlayıb dibinə iki xörək qaşığı xəmir yaxın.

Gözəl görünüşlü "göy qurşağı" tortu (foto-resept)

3. Bəbir naxışlı bəzəkli biskivit alınması üçün qara rəngli xəmirlə dolu kisəni iç-içə dairə şəklində biskivit xəmirinin üzərində gəzdirin.

Gözəl görünüşlü "göy qurşağı" tortu (foto-resept)

4. Ardınca eyni qayda ilə 5 rəngin hər birini qara zolağın üzəri ilə gəzdirin. (Rəngli zolaqlar qara zolaqların üstünü örtməlidir.)

Gözəl görünüşlü "göy qurşağı" tortu (foto-resept)

5. Yenidən rəngli dairələrin üzərində qara xəmirlə zolağ çəkin. Son olaraq adi xəmirlə üstünü tamamilə örtün.

Gözəl görünüşlü "göy qurşağı" tortu (foto-resept)

6. 180 dərəcə tempraturda sobada 20-25 dəq bişirin. Bu tortun bir biskivitidir.

Gözəl görünüşlü "göy qurşağı" tortu (foto-resept)

7. Eyni qayda ilə daha 2 bikivit hazırlayaraq bişirin. Bütün biskivitlər hazır olandan sonra üst hissələrini nazik kəsib ağ kremin 1/3 hissəsini aralarına yayaraq üst-üstə qoyun.

Gözəl görünüşlü "göy qurşağı" tortu (foto-resept)

8. Yerdə qalan kremi 6 hissəyə ayıraraq biri qara olmaqla, rənglərlə boyayın. Kiçik mətbəx kisələrinə qoyaraq, aşağıdan yuxarıya doğru hər rəngdən iki qalın zolaq çəkərək tortun üzərini yanlardan rəngləməyə başlayın.

Gözəl görünüşlü "göy qurşağı" tortu (foto-resept)

9.Ən sonda tortun üzərini qara rəngli kremlə bəbir naxışları ilə bəzəyib, sevdiklərinizə təqdim edə bilərsiniz.


Gözəl görünüşlü "göy qurşağı" tortu (foto-resept)

Gözəl görünüşlü "göy qurşağı" tortu (foto-resept)

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ilka
    • ilka
    • 6 Mart 2016 18:07
    gorunuwu maraqlidi.
  2. AleDa
    • AleDa
    • 20 Kasım 2015 12:23
    Gornusu gesekdı ama resept mene cox cetın geldı..tewekkurler
  3. -Aydan-
    -ayy nə dadlı görünür))
    -Təşəkkürlər.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.