“Göygöldə payız” – fotoqraf Lyokin’in heyrətamiz fotoları
Lyokin adlı azərbaycanlı fotoqraf vətənimizin müxtəlif yerlərində mükəmməl fotolar çəkir. Onun “Göygöldə payız” adlı fotosessiyası isə insanı heyran qoyur. Lyokin Photography-nin bu fotosessiyasını elə ona məxsus lyokin.com saytında yazdığı sözlərlə sizə təqdim edirik. Möcüzəvi səyahətə hazır olun.
“Göy göl – bu yəqin ki, Azərbaycanın ən gözəl gölüdür. Əslində o çox cavandır. Faciəvi hadisə nəticəsində yaranmışdır. 1139-cu ildə tarixdə baş vermiş ən güclü zəlzələrdən biri – 11 ballıq zəlzələ nəticəsində meydana gəlib. Zəlzələ o qədər güclü olmuşdur ki, nəticədə Kəpəz dağının bir hissəsi uçaraq, Ağsu çayının yolunu kəsmişdir və Göygöl yaranmışdır…. Beləliklə də, dağıdıcı güc olan zəlzələ belə bir gözəllik meydana gətirmişdir.
Mən Göygölə dumanlı payız günündə gəldim. Səma buludlarla örtülmüşdü və günəşin qürubunun gözəl rənglərini görmək mümkün deyildi. Lakin bütün bunlara baxmayaraq, göl məni öz gözəlliyiylə heyrətə gətirdi.“
pahoo.az