Kəsmikli Kətə – “Zərif”

24 Kasım 2015
1 919
2
Kəsmikli Kətə – “Zərif”
Kəsmikli Kətə – “Zərif”

Kəsmikli Kətə – “Zərif”

Kəsmikli Kətə “Zərif”

Xəmir üçün:

200 q soyuq kərə yağı
1/2 çay qaşığı soda
1/2 xörək qaşığı qatıq və ya xama
2 stəkan un
1/2 stəkan şəkər tozu

İçi üçün:

400 q kəsmik
1 stəkan şəkər tozu
2 yumurta
bir çimdik vanil
Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün soyuq kərə yağını sürtgəcin iri dişlərindən bir qabın içinə keçirin.

Kəsmikli Kətə – “Zərif”

Stəkanda sodanı qatıq və ya xamada həll edib yağ olan qaba əlavə edin. Unu və şəkər tozunu da oraya əlavə edib, çəngəllə əzmədən, təxminən noxud boyda umaj əldə edənə qədər qarışdırın. MİKSERDƏN İSTİFADƏ ETMƏYİN!
İndi isə içi hazırlayın. Bunun üçün içə lazım olan ərzaqları bir qaba qoyub, qarışdırın.

Kəsmikli Kətə – “Zərif”

20 x 28 cm ölçülərində olan kənarları bir qədər hündür fomanı yağlayın (mən sobaya dayanıqlı şüşə formadan istifadə edirəm).
Sobanı 180C-dək qızdırın.
Xəmiri iki yerə bölün. Bir hissəsini yağladığınız formanın dibinə yayın. Üstündən basmayın.

Kəsmikli Kətə – “Zərif”

Kəsmikli içi bunun üzərinə yayın.

Kəsmikli Kətə – “Zərif”

Sonra isə qalan xəmiri için üstünə səpin. Üstündən basmayın.

Kəsmikli Kətə – “Zərif”

Kətəni sobanın orta rəfində 30 dəqiqə ərzində, və yaxud üstü biz az qızaranadək bişirin.

Kəsmikli Kətə – “Zərif”

Kətəni sobadan çıxardın və qoyun formada 15 dəqiqə soyusun. Sonra isə kətəni doğrayın. Süfrəyə verməzdən əvvəl tamamilə soyumasını gözləyin.

Nuş Olsun!


Kəsmikli Kətə – “Zərif”
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Kəsmiyi elədə sevmirəm...
    -Yenədə təşəkkürlər.
  2. aygun..
    bunun reseptin bilirem hazirlamisamda
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.