Ətli Blinçik

26 Kasım 2015
2 261
0
Ətli Blinçik
Ətli Blinçik

Ətli Blinçik

ƏTLİ BLİNÇİK

16 balaca və ya 8 iri içi doldurulmuş blinçik üçün

Ərzaqlar

Blinçik Üçün:


2 yumurta
1 xörək qaşığı şəkər tozu
bir çimdik duz
2 stəkan süd (əgər diyetik blinçik istəyirsinizsə, onda 1 stəkan süd bir stəkan su istifadə edin)
1 1/5 stəkan un
2 xörək qaşığı duru yağ

İçi Üçün:

500 q çəkilmiş mal əti
1 ədəd orta boy soğan
duz
istiot
qızartmaq üçün duru yağ

Əvvəlcə içi hazırlayın. Bunun üçün tavada təxminin 2 xörək qaşığı duru yağı qızdırıb, bu yağda soğan və əti tez-tez qarışdıra-qarışdıra bərabər qızardın. Mən ət-soğan qızardıqdan sonra onu ət çəkən maşından keçirirəm ki, koma-koma qalmasın, iç narın olsun, amma bu istəyə görədir. İçi duzlayıb istiotlayın. (Əgər kaloriyası az blinçik istəyirsinizsə, onda əti qızartmaq yerinə, tikə mal ətini duzlu suda bişirin, sonra ət çəkən maşında çəkin, yağda qızardılmış soğan əlavə edin).

İndi isə blinçikləri hazırlayın. İri qabda xəmirin ərzaqlarını yaxşıca qarışdırın.

Kiçik tavanın dibinə yağ sürtün. Blinçikin xəmirindən təxminən 1/4 stəkan götürüb tavaya tökün (mən blinçikləri kiçik edirəm, ona görə də az xəmir tökürəm). Əgər iri blinçik etmək istəyirsinizsə, onda iri tavadan istifadə edərək xəmirin miqdarını da artırın. Xəmiri tavaya tökən kimi, tavanı o tərəf bu tərəfə əyin ki, xəmir yayılsın. Blinçikin bir tərəfi qızaran kimi, o biri tərəfinə çevirib qızardın. Beləcə bütün blinçikləri bir-bir bişirib bir qabda üst-üstə yığın.

Ətli Blinçik

Ətli Blinçik

Hər blinçikin ortasına hazırladığınız içdən qoyun. Zərf şəklində bükün (şəkildə gördüyünüz kimi)

Ətli Blinçik

Ətli Blinçik

İndi isə tavada azacıq duru yağ qızdırın. Blinçiklərin hər iki tərəfini bu yağda azacıq qızardın. Bunu etdiyinizdə blinçiklər kip olacaq və içi dağılmayacaq. Qızardılmlış blinçikləri salfet kağızının üstünə qoyub yağını çəkdirin (yeməyin az kaloriyalı olması üçün doldurulmuş blinçikləri yağda qızartmasanız da olar). Sonra isə süfrəyə verin. Nuş Olsun!

Ətli Blinçik

Ətli Blinçik
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.