Şairlərimizdən sevgini ən gözəl təsvir edən 8 şeir

27 Kasım 2015
27 114
4
Şairlərimizdən sevgini ən gözəl təsvir edən 8 şeir
Şairlərimizdən sevgini ən gözəl təsvir edən 8 şeir

Şairlərimizdən sevgini ən gözəl təsvir edən 8 şeir

Şairlər adətən bizim ən dərdli günlərimizin yaxın dostları olur. Hiss etdiklərimizi öz qələmləriylə ən gözəl formada təsvir edir, bəzən sanki bizi tanıyırmış kimi hiss etdirirlər. Xüsusilə də sevgi şeirləriylə onlar bizim ən gözəl və çətin günlərimizin dostudurlar. Gəlin şairlərimizdən sevgini ən gözəl təsvir edən 8 şeir ilə tanış olaq.

Şairlərimizdən sevgini ən gözəl təsvir edən 8 şeir

Ramiz Rövşən- “Yavaş-yavaş sevdim səni”


Yavaş-yavaş sevdim səni,
Hər gün bir az da sevdim.
Ən çox bu qış sevdim səni,
Qarda, ayazda sevdim.

Gör bir nə tez isinişdik
Havalar soyuyanda.
Adamlar qalın geyinib,
Ağaclar soyunanda.

Qar altından baş qaldıran
Çiçək tək sevdim səni.
İstisinə qızındığım
Ocaq tək sevdim səni.

Hələ bu cür sevməmişdim
Ömrüm boyu heç kimi.
Səni sevdim qar üstündə
Yem axtaran quş kimi.

Qorxa-qorxa bu sübh çağı
Nə baxırsan göye sən?
Deyirsən ki, günəş çıxıb,
Qar əriyir deyəsən…
Şairlərimizdən sevgini ən gözəl təsvir edən 8 şeir


Şairlərimizdən sevgini ən gözəl təsvir edən 8 şeir

Vaqif Səmədoğlu “Eşidirsənmi?”


Eşidirsənmi?
Amma necə eşidəsən…
İki il,
yeddi ayın ayrılığıyla
tutulub qulaqlarımız,
Bir yandan da bu yağış…
Bu yağışda canavarlar da
adam olub yorğan-döşəyə
girmək istəyirlər.
Görürsənmi?
Amma necə görəsən…
Qurtarmayıb hələ də
aramızdan keçən qatarın vaqonları.
Bir yandan da bu yağış…
Bu yağışda qorxudan
səs-səsə verib bar-bar bağırır
Qobustan qayalarının öküzləri də!
Eşidirsənmi?
amma necə eşidəsən…
İki il,
yeddi ayın ayrılığıyla
tutulub qulaqlarımız
bir yandan da bu yağış.
Şairlərimizdən sevgini ən gözəl təsvir edən 8 şeir


Şairlərimizdən sevgini ən gözəl təsvir edən 8 şeir

Əli Kərim – “İki sevgi”


Gözəl qız, sən saf susan,
İki qəlb arzususan.
Mən səni sevirəm
Susuzluğun od vurub
köz kimi yandırdığı
dodaq su sevən kimi.
O isə səni sevir,
rahatca bardaş qurub,
Kabab üstdən sərin su
pis olmaz – deyən kimi
Gözəl qız, sən işıqsan,
yurduma yaraşıqsan.
Mənsə səni sevirəm
iynənin ucu boyda
İşığa həsrət qalan
göz işıq sevən kimi…
O isə səni sevir;
Bir şən mağarda, toyda,
İşıqlardan yaranmış yaraşıq sevən kimi.
Danış, ucalsın səsin,
Qısılmasın nəfəsin.
Mən ki səni sevirəm
Bakıdan, Daşkəsəndən
Gələn bir səda kimi,
səs kimi, qüdrət kimi
O isə səni sevir,
Gizli deyil ki səndən,
Bir otaq küncündəki qəmli sükunət kimi.
Bu mən, bu o, bu da sən,
De görək nə deyirsən!
Amma yaxşı fikir ver bu iki məhəbbətə.
Daha heç nə demirəm
Nöqtə, nöqtə və nöqtə.
Şairlərimizdən sevgini ən gözəl təsvir edən 8 şeir


Şairlərimizdən sevgini ən gözəl təsvir edən 8 şeir

Bəxtiyar Vahabzadə – “Yaman darıxmısam”


Yaman darıxmısam səninçün, yaman!
Mən əsir düşmüşəm öz istəyimə.
Nifrəti gizlətmək asandan asan
Sevgini gizlətmək mahalmış, demə!

Haraylar yüksəlir könüldən yenə,
Bu necə haraydı, bu necə haydı?
Öhdəmdən gələrdim… Gözüm üzünə
Qulağım səsinə darıxmasaydı…

Yaman darıxmışam…Bu nədir yenə
Ağlım sağa baxır,ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə
Qonub sən gedəli sən gələn yola.

Yaman darıxmışam… Hər axşamçağı
Arzumu günəşin telinə sardım.
Mənimlə olsaydı, mən darıxmağı
Zamana ən uzun ölçü sanardım…

Yuxuma gəlmişdin…Qısıldıq küncə
Danışdıq…
Yel əsdi…Dağıldı dərd-qəm.
Kölgəyə dönmüşdüm,səni görüncə
Sənin işığında yox oldu kölgəm…
Şairlərimizdən sevgini ən gözəl təsvir edən 8 şeir


Şairlərimizdən sevgini ən gözəl təsvir edən 8 şeir

Vaqif Səmədoğlu “Bir gün səslənəcək bu telefon…”


Bir gün səslənəcək bu telefon
və ölüm qədər yaxın
doğma bir səs eşidəcəm…
Ömrün səslərində bir boşluq səslənəcək
və mənə gərəksiz olacaq
yer üzünün bütün özgə səsləri.
Və o an
Nə sayrışan ulduzların xışıltısı,
nə uşaq qəhqəhəsinin parıltısı
daha lazım olmayacaq mənə.
Ölüm qədər yaxın
doğma bir səs eşidəcəm…
Şairlərimizdən sevgini ən gözəl təsvir edən 8 şeir


Şairlərimizdən sevgini ən gözəl təsvir edən 8 şeir

Ramiz Rövşən “Ayrılıq”


Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik,
xəbərimiz yox.

Aradan nə qədər il keçib görən, –
Tanıya bilmədim,
məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim,
məni bağışla!
“Ölmədim” deyirəm,
nə bilim axı, –
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz
ölmüşəm elə.
Bəlkə də, biz onda ayrılmasaydıq,
Nə mən indikiydim,
nə sən indiki, –
Ayrıldıq, şeytanı güldürdük onda;
Bu ilin,bu ayın, bu günündəki,
Elə bu küçənin bu tinindəki
məni də, səni də öldürdük onda.
…Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz
ömründə min yol
Özünü öldürən adamlar keçir.
Keçir öz qanına qatan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu.
Hamı günahkardı dünyada,
amma
Dünyada heç kəsin günahı yoxdu.
Bizsiz yazılmışdı bu tale, bu baxt,
Sapanddan atılan bir cüt daşıq biz.
Bəlkə bu dünyada
on-on beş il yox,
Min il bundan qabaq ayrılmışıq biz.
Halal yolumuzu dəyişib,
nəsə
Çaşmışıq, bir özgə yoldan getmişik.
Bəlkə min il qabaq səhv düşüb nəsə,
Minillik bir səhvə
qurban getmişik.
Dəyişib yerini bəlkə qış-bahar,
Qarışıb dünyanın şəhəri, kəndi.
Bəlkə öz bətnində
ögey analar
Ögey balaları gəzdirir indi.
Ömrüm başdan-başa yalandı bəlkə,
Taleyim başqaymış doğrudan elə.
O yoldan ötən qız
anamdı bəlkə,
Bəlkə də, oğlumdu bu oğlan elə.
Bu yalan ömrümdə görən sən nəsən?
Bəlkə heç sevgilim deyilsən mənim.
Anamsan,bacımsan,nənəmsən, nəsən?!..
Bircə Allah bilir, nəyimsən mənim.
Bizi kim addadar bu ayrılıqdan,
Çatmaz dadımıza
nə yol, nə körpü.
Ölüsən, dirisən, hər nəsən,dayan!
Dayan, heç olmasa əlindən öpüm…
Deyirsən: “Ölüyəm, ölünü öpmə…”
Əlimin içində soyuyur əlin.
Deyirsən: “Sən allah, əlimi öpmə,
əlimdən, deyəsən, qan iyi gəlir…”
Şairlərimizdən sevgini ən gözəl təsvir edən 8 şeir


Şairlərimizdən sevgini ən gözəl təsvir edən 8 şeir

Məmməd Araz “Ayrılıq görüşü”


Bu da bir minnətdir, –
Görüş minnəti.
Yoruldun, yeridik ikicə addım.
On ildə bilmədik yol-yoxuş nədi,
Bir gündə on ilin yoxuşu çatdı.

Deyək keçməmişik bu yolu, neynək;
Bir an da gərəkdir xəstə adama.
Qəfləti üz-üzə gəlmişik deyək,
Deməyək qəfləti ayrıldıq amma.

Belə ikilikdə onsuz da təkik,
Ürəklər baş-başa deyilsə əgər.
Geri dön,
Qəlbini gətir görüşə.
Belə nifrətə də nifrət deməzlər.

Bu gün dodaqların qaçsa da, gülmür:
Dönüb gülüşünü gətir görüşə.
Dilindən söz yağmır,
Sual tökülmür;
Qayıt, ötən günü gətir görüşə.

Qayıt, insafını gətir görüşə,
Yol üstdə bir tənha ağac san məni.
Barı inandır ki, təəssüf ilə
Kəsib, uçuruma atırsan məni.

Söz sözdə bişməsə, söz sözdən acı…
Məhəbbət büdrədi –
Göz qapalıdır.
Küsün var açıq de, ərkin var açıq,
Yalan dil yarası,
Dil qabarıdır.

Zaman nərələri,
Qıyları udur,
Hər həşir-harayı eşitməz zaman.
Məni inandır ki, məhəbbət budur –
Səadət başlanır bu ayrılıqdan…
Şairlərimizdən sevgini ən gözəl təsvir edən 8 şeir


Şairlərimizdən sevgini ən gözəl təsvir edən 8 şeir

Nüsrət Kəsəmənli “İkimizin Yerinə”


Bu sevgidən sən qorxursan eybi yox,
Mən sevərəm ikimizin yerinə.
Bu eşq üçün bir gün dara çəksələr,
Mən gedərəm ikimizin yerinə.

Min əzabdır sənsiz keçən hər günüm,
Unutmuşam yaxşı, yaman fərqini.
Bu sevginin dağ əridən dərdini,
Mən çəkərəm ikimizin yerinə.

Gül deyirəm, gül qəlbinə dəyirəm,
Mən sənin üçün tanrı yazan şeirəm,
Dodaqların inciməsin deyirəm,-
Mən ölərəm ikimizin yerinə…

Taleyimdə son açılan gülümsən,
Süzüb qara gözlərini gülümsə,
Bu sevginin sonu əğər ölümsə
Mən ölərəm ikimizin yerinə…
Şairlərimizdən sevgini ən gözəl təsvir edən 8 şeir

RƏYLƏR
  1. Nilay
    • Nilay
    • 1 Aralık 2015 22:45
    Çox gözel iydi teşekkürer ellerinize sağlik
  2. Hasanova...
    Nusret Kesemenlinin seiri daha cox xowuma geldi) tewekkurler
  3. -Aydan-
    -Bəxtiyar Vahabzadə çox gözəl edib , digərləridə Həmçinin..
    -Təşəkkürlər.
  4. AleDa
    • AleDa
    • 27 Kasım 2015 22:00
    Ramız Rovsen ve Nusret Kesemenlının seırlerını cox sevırem.. En coxda Nusret Kesemenlının seırlerını..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.