"Gözəgörünməz" alma piroqu (foto-resept)
Tərkibi:
1 x.q. konyak
90 ml süd
10 q qabartma tozu
160 q şəkər tozu
60 q un
4 alma
3 yumurta
2 x.q. bitki yağı
2 x.q. kərə yağı
3 x.q. qoz ləpəsi
Hazırlanması:
2 yumurtanı 80 q şəkər tozu ilə çalın. Qabartma tozu ilə qarışdırılmış unu əlavə etdikdən sonra bitki yağı, süd və konyak qatın.
Almanı təmizləyib, xüsusi sürtgəcin köməyilə çox nazik fal-fal doğrayın. Xəmirə qatın.
Diametri 18 sm olan formaya töküb 200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
1 yumurtanı 2 x.q. ərinmiş kərə yağı və 80 q şəkər tozu ilə çalın, qaynar piroqu sobadan çıxarıb üzərinə gəzdirin, üstünə qoz səpin. Daha 10-15 dəqiqə bişirin.
Hazır piroqu tam soyudun, sonra 1 gecə soyuducuda saxlayın.
Nuş olsun!