Facebook haqqında hamının inandığı boş əfsanələr

03 Aralık 2015
1 652
2
Facebook haqqında hamının inandığı boş əfsanələr
Facebook haqqında hamının inandığı boş əfsanələr

Facebook haqqında hamının inandığı boş əfsanələr

Aktiv istifadəçi sayı 1 milyardı keçən Facebook əgər bir ölkə olsaydı, dünyanın ən böyük üçüncü ölkəsi olacaqdı. Həddindən artıq çox insanın olduğu istənilən yerdə olduğu kimi, Facebookda da bir çox səhv məlumata rast gəlmək mümkündür. Sizə Facebook’la əlaqədar bəzi inandıqlarınızın doğru olmadığını göstərmək üçün bu yazını hazırlamışıq.

Facebook haqqında hamının inandığı boş əfsanələr

Əfsanə 1: Facebook profilinizə kimlərin baxdığını görmək mümkündür

Facebook haqqında hamının inandığı boş əfsanələr

Facebook buna qətyyən icazə vermir və bunu etmənizə köməkçi olacaq heç bir proqram da yoxdur. Köhnə sevgilinizin profilinize neçə dəfə baxdığını oturduğunuz yerdən öyrənmənizi hər hansı bir yolu yoxdur. Facebook özü də bu funksiyanın olmadığını dəfələrlə qeyd edib. Hər nə qədər söz versələr də, üçüncü tərəf proqramlardan heç birini bu məqsədlə telefonunuza yükləməyin. Bir çox hallarda bu proqramlar sizin məlumatlarınızı oğurlamaq üçün hazırlanmışdır və böyük bir hiylədən ibarətdir.

Facebook haqqında hamının inandığı boş əfsanələr

Əfsanə 2: Dostlardan gələn mesaja etibar etmək olar.

Facebook haqqında hamının inandığı boş əfsanələr

Əlbəttə dostlarınız sizə zərər vurmaq istəməyə bilər, lakin bundan istifadə edən digər şəxslər mütləq var. Bəzən dostunuzdan sizdən qəribə bir şey istəyən mesaj və ya link ala bilərsiniz. Bu linkə klikləməyin! Facebooku hədəf alan zərərli viruslar olduqca geniş yayılmışdır, bu görə də internetdə olduğu qədər, Facebookda da diqqətli olmalısınız.

Facebook haqqında hamının inandığı boş əfsanələr

Əfsanə 3. Facebook pullu olacaq.

Facebook haqqında hamının inandığı boş əfsanələr

Facebook’un pulsuz xidmətinin sona çatacağına və sizdən ödəniş tələb edəcəyinə dair xəbərlər ictimai şəbəkədə hər zaman rast gəlinən haldır. Narahatlığa səbəb yoxdur, çünki bu Facebook’un dediyinə görə, heç vaxt baş verməyəcək.
Son dövrlər dedi-qodular o qədər sıxlaşdı ki, Facebook bu şərhi giriş əlavə etmək məcburiyyətində qaldı: “Marsda su ola bilər, ancaq bu gün internetdə oxuduğunuz hər şeyə inanmayın. Facebook pulsuzdur və hər zaman pulsuz olacaq.”

Facebook haqqında hamının inandığı boş əfsanələr

Əfsanə 4: Facebook fotoşəkillərinizin sahibidir və onları reklamçılara satır.

Facebook haqqında hamının inandığı boş əfsanələr

Facebook hər hansı bir məlumatınızı heç kimə satmadığını və heç bir zaman satmayacağını söyləyir. Lakin, Facebookun Times Square’dəki reklam saytında göstərdiyi reklamda profilinizi və ya yazdığınız bir şeyi görsəniz çaşmayın. Facebook’un paylaşdığınız şeyləri öz reklamını etməkdə istifadə etmək haqqı var.

Facebook haqqında hamının inandığı boş əfsanələr

Əfsanə 5: Hüquqi xəbərdarlıqları kopyalayıb yapışdıraraq qorunarsınız.

Facebook haqqında hamının inandığı boş əfsanələr

Facebook’da mütəmadi olaraq hüquqi dildə yazılmış görünən və istifadəçinin paylaşdığı məzmunlarla əlaqədar Facebook’a verdiyi və ya vermədiyi icazədən bəhs edən paylaşıma rast gəlirik. Ancaq əslində qanunlar belə işləmir – bu postu başqaları ilə paylaşdığınızda, heç bir şey dəyişmir. Facebook’da hesab açdığınızda qəbul etdiyiniz şərtlər çox açıq və dəqiqdir. Divarınızda bir şey paylaşmaq, ötən illərdə bəzi vəkillərin da söylədiyi kimi, şərtləri dəyişdirmir.

Facebook haqqında hamının inandığı boş əfsanələr

Əfsanə 6: Facebook istifadə etmədikdə, sayt sizin haqqınızda heç bir şey bilmir.

Facebook haqqında hamının inandığı boş əfsanələr

Bu olduqca sadəlövh düşüncədir, çünki Facebook istifadə edən bir çox adam tanıyırsınızsa, sosial şəbəkə sizin haqqınızda da bəzi şeylər bilir. Buna “kölgə profil” adı verilir. Olanlar bundan ibarətdir: Dostlarınız Facebook istifadə etdiklərində, ünvan dəftərlərini və buradakı fərdi məlumatları Facebook’a təqdim etmiş olurlar. Yoldaşlarınızdan birinin ünvan dəftərində Telefon nömrənizin olduğunu düşünün. Bir başqa yoldaşınızda isə həm telefon nömrəniz, həm də e-poçt ünvanınız olsun. Facebook, bu məlumatları Telefon nömrəniz yolu ilə birləşdirəcək və beləcə e-poçt ünvanınızı də öyrənmiş olacaq. Müdiriniz, sizi ev adresinizlə birlikdə qeyd edibsə, bu məlumat da Facebookun olacaq. Nəticədə Facebook, sizin heç xəbəriniz olmadan, adınızı, e-poçt ünvanınızı, ev ünvanınızı ehtiva edən “kölgə profilinizi” yaradacaq.


Pahoo.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Lami95
    tewekkurler melumata gore
  2. Duyqulu Melek
    tewekurler xebere gore coxda maraqli deyildi
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.