Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮

Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮
Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮

Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮

Onu ilk dəfə əlinə aldıqda fərqli hisslər keçirtmişdi.Necə də balaca idi. Kiçik qulaqlar, hamar dəri, dərin qoxu onun üzündə gülüş yaratdı.Ata olmuşdu.Çox xoşbəxt idi.Qızını ilk dəfə qucağına almışdı.Əlinin necə əsdiyini aydınca hiss edirdi. Onun kiçicik barmaqlarını öpərkən duyduğu qoxu əsl cənnət ətri idi. Tanrı onun üçün cənnətdən kiçik bir qoxu hədiyyə etmişdi o isə sevincək halda bu qoxunu içinə çəkirdi. Əslində heçnə anlamırdı. O, həyatında heç vaxt bu qədər sevinc yaşamamışdı.

Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮

Körpəsini qucağına alaraq doğum evindən uzaqlaşıb cəld avtobusa tərəf qaçdı.Həyat yoldaşı öz missiyasını yerinə yetirərək uşağı doğmuş qalanına isə qarışmamışdı.O,özü üçün azad bir həyat axtarışında olduğundan körpəsini elə ilk doğulduğu gündən sonra ərinə verərək onlardan uzaqlaşmışdı. Fərman isə həyat yoldaşına fikir belə vermədi. O, indiki anda öz körpəsi ilə məşğul idi.

Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮

Zaman yavaş-yavaş irəlilədi. Onlar zaman ötdükcə bir-birinə alışmağa başladılar. Fərman demək olar qızının yanından heç vaxt ayrılmırdı. Yalnızca işə getdiyi zaman qızından uzaq düşürdü o an isə qızına qonşusu baxırdı.Fərmanın gərgin həyat rejimi olmuşdu.Onun beynindəki xəstəlik isə onu daha da pis edirdi. O, inkşafdan geri qalmış biri idi. 36 yaşı olmasına baxmayaraq beyni 7 yaşlı bir uşağın beyni kimi işləyirdi. Öz uşağına baxmaq üçün kiçik bir restoranda saat hesabı işləyir gününün qalan hissəsini isə qızına xərcləyirdi.Fərmanın beynində xəstəlik olsa belə hər şeyi anlayır və qızına layiqli bir ata olmaq üçün əlindən gələni edirdi.

Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮

-Pəri... Sənin adını Pəri qoydum. ...Pərilər kimi sehr saçırsan.

Dediyi sözlərin ardından gülümsəməyə başlayan Fərman qızının yanağından öpdü. Qızının cəmi 2 yaşı var idi. Yalnız gülümsəmə ilə atasına cavab verə bilmişdi.

Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮

Zaman ötdükcə Pəri böyüməyə və daha da gözəlləşməyə başladı. Sarışın,qırmızı yanaqlı Pəri hər gülüşündə yanağındakı batıqların hesabına daha da şirinləşirdi. Fərman qızına əsl sevgini göstərə bilmişdi.

Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮

-Ata...İşıldayan gözlərlə üzünü atasına tutaraq sözə başladı. Nəyə görə qəribəsən? Məktəbdəki uşaqlar da sənin qəribə olduğundan danışırlar? Pəri qəmgin halda üzünü atasına tutmuşdu.

-Necə yəni qəribə? Fərman dediyi sözlərin ardından gülümsəməyə başladı.

-Bilmirəm ancaq özüvü uşaq kimi aparırsan.

-Mən..Mən bilmirəm ama səni çox sevirəm.

Fərman əslində nə dediyini özü belə anlamırdı. Daha sonra özündən asılı olmadan gözlərindən yaş gəlməyə başladı. Bunu görən Pəri dərhal atasını qucaqlamağa başladı.

-Mən heç kimə fikir vermirəm. Sən mənim hər şeyimsən! Pəri dediyi sözlərin ardından kiçik əlləri ilə atasının göz yaşlarını silməyə başladı.


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮

Yanvarın 27-si ilk dəfə Fərman öz qızı üçün surpriz ad günü Party-si hazırlamışdı. Pəri artıq 8 yaşına qədəm qoyurdu. Fərman həyəcanlı formada Pərinin bütün dostlarını bir otağa yığaraq qızının gəlişini gözləyirdi. Şarlar və zərlərlə bəzədilmiş otaq hər bir uşaq üçün ilk baxışdan maraq doğuran formada idi. Otağın içi hədiyyələrlə dolu idi.

Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮

-Doğum günün mübarək əzizim. Pəri otağa daxil olan an atası elə onun qarşısına çıxaraq qışqırıqlarla qızını təbrik etdi. Daha sonra isə Pərinin sinifyoldaşları, dostları onu təbrik edərək hədiyyələrini təqdim etdilər. Fərmanı bu anda da göz yaşları əhatəsinə aldı. O, qızının üzünə baxaraq onu nə qədər çox sevdiyini söylədi.
Pəri daxilən atasından aldığı əsl sevgini hiss edə bilmişdi. Elə orada da Fərman kiçik yaşlı uşaq kimi hərəkətlər etsə belə Pəri artıq buna önəm vermədən atasını nə qədər çox sevdiyini düşünürdü.

Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮

İldırımın güclü çaxmasından sonra yağış damlaları da güclü yağmağa başladı. Pəri atasının qoynunda uzanaraq atasının oxduğu nağıla qulaq asırdı.

Onlar meşəyə getdilər. Hər şey çox gözəl idi. O, hıç..hıç...hıççç.. Fərman nə qədər cəhd etsə belə kitabda yazılan sözü oxuya bilmədi.İnkşafdan qaldığı üşün qəliz kəlmələri oxumaq ona hər zaman çətinlik törədirdi. Çoxlu cəhdlər etsə belə həmin kəlməni söyləyə bilmədi.

-Pəri bağışla. Hamı kimi ola bilmədim. Başqa atalar kimi deyiləm.

Fərman üzünü sola çevirərək göz yaşlarına boğuldu. Pəri isə yenidən kiçik əlləri ilə atasının üzünü özünə tərəf çevirərək onu nə qədər çox sevdiyini söylədi.

-Pəri onda sən oxu bu nağılı. Fərman bərkdən gülərək nağıl kitabını qızına uzatdı.

-Ata, mən oxuya bilmərəmn. Pəri üzgün halda atasına baxdı.

Niyə? Fərman təlaşla üzünü qızına tutdu.

-Sən axı oxuya bilmirsən deməli məndə oxuya bilmərəm.

-Yox! Sən oxuya bilərsən. Keçən səfər oxumuşdun. Axı sən oxuyanda mən xoşbəxt oluram. Fərman göz yaşları içində son sözlərini dedi.

Pəri atasının göz yaşlarına tab gətirməyərək kitabı əlinə alaraq oxumağa başladı.

Onlar meşəyə getdilər. Hər şey çox gözəl idi. O, hıçqırıqlara boğularaq.

Fərman sevincək halda gülümsəyərək əl çalmağa başladı. Pəri isə atasının xoşbəxt olduğunu görüb o da gülümsündü ancaq daxilən göz yaşlarını saxlaya bilmirdi.


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮

Zaman keçdi Pəri daha da böyüdü. Böyüdükcə ağlı da onunla birgə böyüyür,inkşaf edirdi.Fərman isə elə 7 yaşında bir uşaq kimi qalmışdı. Ancaq o zamanın demək olar bütün hissəsini qızı ilə birgə keçirdir ona əsl sevgisini göstərirdi.

Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮

-Fərman bəy, bağışlayın ancaq qızınızı sizdən almaq məcburiyyətindəyik.Siz bu cür ağılnan ona baxmaq iqtidarında deyilsiniz.Qızınızın artıq 15 yaşı var,zaman keçdikcə daha da böyüyəcək ağlı daha da artacaq siz isə ağıldan geri qalmısınız bu şərtlər altında qızı normal bir ailəyə verməliyik.Hakimin çıxışına diqqətlə qulaq assa belə nə demək istədiyini tam anlaya bilmədi.

-Axı nə demək istəyirsiz? Fərman həyəcan içində danışmağa başladı. Mənki onu sevirəm! Onu heç kimə vermərəm. Artıq Fərman özündən asılı olmadan qışqıraraq danışmağa davam edirdi.

-Fərman bəy anlayırıq ancaq qayda budur.Siz bu ağılnan qızınıza baxa bilmərsiniz.
Hər şey sevgi ilə ölçülmür. Bir müddətdən sonra o universitetə daxil olacaq orada ona kömək lazım olacaq siz isə 7 yaşlı bir uşaq ağlındasınız bu necə olacaq? Daha sonra iş həyatında belə qızınıza kömək edə bilməyəcəksiniz. Fərman göz yaşları içində hakimin səsini kəsərək danışmağa başladı.

-Yox! Mən ona sevgi verirəm. Sizlər nə qədər ağıllı olsanız belə öz uşaqlarınıza heç vaxt zaman ayırmırsınız. Bu bütün valideynlərdə belədir. Halbuki uşaqlara kiçik yaşlarından zaman ayıraraq əsl sevgi vermək lazımdır. Mən isə bunu hər dəfə etmişəm. Onunla oyunlar oynamışam, onun problemlərinə qulaq asmışam, suallarına cavab vermişəm və sonda əsl sevgini ona bəxş etmişəm. Anlayırsınız? Qızım üçün hər şey etmişəm. O, hər zaman pərilər kimi sehr saçıb. Bu həmşə də bu cür davam ecəcək.


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮

Fərmanın dediklərindən sonra zalda sakitçilik yarandı.Hamı bir-birinə baxmaqla Fərman bəyin aqresiv çıxışı haqqında düşünməyə başladı.

-Yox! Qapının sürətlə açılması ilə zala elə Pərinin özü daxil oldu.

-Məni ondan ala bilmərsiniz! Atamın beynində problemlər var düzdür. O, normal hesablamanı belə yerinə yetirə bilmir razıyam ancaq o mənə hüzur bəxş edir, o mənə sevgi verir, üzümdəki gülüşə səbəb olur, həyatımda, yanımda olan və hər zaman da olacaq bir insan varsa o da atamdır! Düzdür 7 yaşlı bir uşaq ağlındadır, hər birimizdən ağıl cəhətdən geri qalır ancaq sevgi cəhətdən hər birimizin üzərindədir. Onun bəxş etdiyi sevgi sayəsində mən indi burada sizinlə rahat danışa bilirəm. Onu məndən almayın, yalvarıram.


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮

Pəri sonda göz yaşlarını saxlaya bilmədi. Fərman qızının göz yaşlarına boğulduğunu görən kimi cəld onun yanına qaçaraq Pərini qucaqlamağa başladı. Bu mənzərə qarşısında bütün məhkəmə zalında sükut olundu.[/i]Hər kəs ata ilə qız arasındakı bağlılığa həsəd hissi ilə baxırdı.

[i]Zaman irəlilədi.Pəri universitetə daxil oldu.Atası hər zamankı kimi onunla birgə idi. Sevgisini ondan əsirgəmirdi.

Pəri?!... Fərman həyəcanla televizora yaxınlaşmağa başladı. `Televizorda Pərini göstərirlər`. Fərman özlüyündə bu cümləni təkrarladı.

Bu yerə gəlib çatmağımda atama borcluyam. Ata səni çox sevirəm! Bəxş etdiyin sevgi məni yüksək zirvələrə kimi gətirib çıxartdı. Bilirəm indi məni izləyirsən. Bu da sənə çoxdandır bəhs etdyim surprizim. Üzərində illərnən çalışdığım layihə qəbul olundu.
Artıq qızınla qürur duya bilərsən! Pəri sevinc göz yaşları içində ağlamağa başladı.

Fərman əl çalaraq televizor ekranından qızını öpməyə başladı. Çox xoşbəxt idi. Göz yaşları içində televirozun ekranını hələ də öpməyə davam edirdi.


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮

Pəri 36 yaşına daxil oldu.Ad gününü atasının məzar daşının yanında qeyd etmiş kimi idi. Onun ad günündən 1 həftə əvvəl Fərman rəhmətə getdi. Pəri atasının məzar daşına baxaraq daha da çox göz yaşlarına boğuldu.

`Pərilər kimi sehr saçırsan əzizim. Hər zaman gül!` Məzar daşının üzərində yazılmış bu sözlər Pəriyə daha da çox təsir etdi. Görünür atası bu sözləri bilərəkdən ora yazdırmışdı.

Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮

Ata... Sən fərqli idi. Hamıdan, hərkəsdən fərqli idin. Ata sən sevgi sözünün dəyərini anlayan biri idin. Beyin cəhətdən inkşafdan qalsan belə mənə hər şeyin ən yaxşısını verdin. Ata, səni çox sevirəm! Göz yaşları Pəriyə danışmağa çətinlik yaradırdı.Çox xoşbəxtəm ki,sənin kimi bir atam oldu! Bilirəm səmadan məni izləyirsən və bilki səni hər zaman doğruldacam və daha da yüksəklərə qaldıracam əzizim. Deyilmiş sözlərin ardından o üzünü ağ səmaya tutdu. Atası səmadan gülüş dolu sima ilə qızına baxırdı. Çox xoşbəxt idi.Gülürdü.Əl çalaraq qızına çoxlu öpüşlər göndərirdi.

Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮


Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮ Hər zaman pərilər kimi sehr saç,əzizim! Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮

Ꮆöz ƴaşlarına ჩürünmüş ʃevgi╰❥╮

Müəllif: Murad



RƏYLƏR
  1. Princess
    Allah valideyinlərimizi qorusun,çox görməsin onları bizə.Amin..

    Hekayə çox gözəl idi,kövrəltdi məni..
  2. Tomka93
    Maraqli oldu Tesekkurler Ezizim
  3. SaFFron
    Gözəl və dolğun şərhlərinizçün çox sağolun.Bəyəndiyinizə şadam )
  4. Hande.Ercel
    cox pis oldum super xeberdi sad
  5. BaRCaLi_QiZ
    COOOOOOOOX Beyendim ela xeberdi hemde tesirlendiricidi
  6. Tutdum_opecem
    Cox gozel ela
  7. Alev..
    • Alev..
    • 12 Aralık 2015 14:55
    Çox bəyəndim Çoxda təsirli bir hekayə
  8. allah bendesi
    cox gozel ibretlik bir hekaye.zamanimizda cox rast geldiyimiz uwaqlara sevgi gostermeyen bezi valideyinler var.hec neden ehtiyaci olmayan uwaqlarindan imtina edib uwaqlarini uwaqlar evine verib sevgiden mehrum eden valideyinler coxalib...ama hekayede eqli cehetden qusurlu ata oz ovladina sahib cixib sevgisiyle boyudur.esl valideyinde hele olmalidir.oz ovladindan imtina edib sevgisinden mehrum eden valideyinleri ALLAH islah etsin.cox fikir yazmaq olar movzu haqqda ....xeber cox gozel olub bezi valideyinlercin ibretlik hekayedir.ellerine sagliq.ellerin qizildir her xeberin kimi buda mukemmel olub
  9. Bella
    • Bella
    • 8 Aralık 2015 20:20
    Çox təsirli və ibrətli hekayədi. Bu hekayə ilə oxşarlıq təşkil edən hind filminə baxmışdım. Demək olar ki, çox oxşarlıq var.
    Hekayəyə gəlincə deyə bilərəm ki, bu hekayəni oxuyarkən əsl sevginin nədən ibarət olduğunu görürük. Atanın əqli cəhətdən geri qalmasına baxmayaraq o, qızını böyüdüb, boya- başa çatdırmış və ona ata sevgisini aşılamışdı.
    Çox təəssüflər olsun ki, elə valideynlər var ki, onlar öz uşaqlarına valideyn nəvazişi göstərmirlər. Ona görə şərt valideyn olmaq da deyil. Əsas şərt sevgini nümayiş etdirməkdədir, övlad üçün hər fədakarlığa hazır olmaqdadır. Elə hekayədəki ata obrazı da buna bariz nümunədir. Sağ olun)
  10. Jessica
    Çox təsirli bir hekayedi Murdadın yazılarını oxuyuram wattpatda son zamanlar vaxdım olmur deye izleye bilirem 1-yazısında men də paylaşmışdım gözel hekayeleri olur bu hekayein ilk defediki oxuyuram........
    İlk öncə onun deyimki bu hekayetdə baş rolda ata olsada riyalda daha çox analar var uşağ olandan sonra atıb geden atalar çoxdu men özüm belerin çox şahid olmuşam hele bu yaşımda atıb gediler böyende özü axaracaq deyibnen heç maraqlamılar ne yedi ne geydi nece derslerinin oxudu deye heç maraqlamayan Atalar var Təbiki Analarda var onlara ata ana demek olarsa sadece dünyaya getirmek deyil analıq atalıq böyüdüb başa çatırmaqdı vətənə milətə xeyirli övlad böyütmək hər adam bacarmır ....
    Hekayedeyi ata obrazı meni çox tesirledirdi ağlamamaq münkünsüz bu yazın oxuduqda
    Allah Atalarımızı Analarımızı Bizə çox görmesin Amin in şə Allah...
    Qızlar daha çox Atalarına meyili olurlar bu hekayedede öz eksinin tapıb..
    Radakde sade və gözel olub əllərinə salıq 13

  11. royus
    • royus
    • 8 Aralık 2015 17:54
    cox gozel ve maraqli bir xeber alinib cox kovreldim mende atami cox sevirem ve heddinden artiq Allah butun valideynleri qorusun
  12. AgoRa.
    kovreldim heykayelerde redktede eladi ellerine saqlik saffosumm
  13. Xeyale_Oo
    Coooox maraqi tesirli hekaye idi
    cox beyendim ata ve qizin sevgisi ya cox tesirli hekaye idi
    ALLAH HER KESE BELE ATA NESIB ETSIN ALLAH ANA VE ATALARIMIZA UZUN OMUR VERSIN INWALLAH
    XEBER UCUNDE COOOOOOOOOX TEWEKURLER ELLERINIZE SAQLIQ
  14. SindireLLa
    Hekayə Çox ibrətamiz və təsirli idi(( ATA... Bu 3 hərfdən ibarət söz bizim həyatimizin ən boyuk anlamıdı. Cox təsir etdi hekayə mənə( nə deyim bilmirəm. Allah bütün ANA VƏ ANA`ları qorusun Amin!. Bu gözəl xəbər üçündə Müəllifə Təşəkkür. laughing
  15. AluRa
    • AluRa
    • 8 Aralık 2015 14:09
    Hekaye cox ibretlikdi.Ele valideynler var ki ovladina her sey veriri ancaq sevgilerini gostere bilmirler.Ovlada sevgi gostermek lazimdi esas.Ferman da ele esas olanini etmisdi,sevgisini gostermisdi.O usaq aglinda olsa bele agli normal olan valideynlerden qat-qat artiqdi.Halal olsun ele atalara.Hekaye cox kovreltdi.Cox gozel edib paylawmisan canim.Redakteye soz ola bilmez,mukemmeldi.Sekillerin o cur terpenmesini de ela olub,ilk defedi gorurem ele fasonda sekil.Ellerine sagliq,bele gozel xeberlerinin ardi kesilmesin 13
  16. AleDa
    • AleDa
    • 8 Aralık 2015 14:04
    Bılmırem bu hekaye qarsısında ne deyım??(( Cox tesırlendım. Atam yanımda ve bu hekayenı oxumaq cox cetın geldı mene. Ozumu gucle saxladım. Kecdım o bırı otaga rahat oxudum. Cox agladım((( hekaye mene cox tesır etdı.. Menım atama olan sevgım sonsuz ve tukenmezdır. O menım her seyım nefesımdı.. Bu heyatda ır qızın atası varsa o cox sanslıdı.. Allah ATA vew ANA-larımızı bıze cox gormesın.. Rehmete gedenlerede ALLAH rehmet elesın.. AMIN... Gozel xeber ucunde sene ayrıca tesekkurler..
  17. SaFFron
    Biraz uzun bir hekayə olsada hər kəsə oxumağı məsləhət görürəm,maraqlı və təsirli hekayədi.Bu hekayəni ilk oxuyanda bir hind filmi yadıma düşdü,orda da qızın atası 7 yaşlı uşaq ağlında idi.Qızı isə sonra anasının atası,yəni babası atasından almaqçün məhkəməyə baş vurur.Sonda isə məhkəməni uduzur qız atasında qalır elə..Film nə qədər təsirlidirsə elə hekayədə bir o qədər təsir edicidi..


    Sitat: sevgi^_^
    vaaauuu superdikiii tam olarag sene aaidise xeber halaldi cox super alinib cunki sozler wekilller hamisi elaa)) cox sevdim birazda kovreldim

    Təbii ki,xəbərin redaktəsi falan mənə aiddir yalnız =) Hekayənin müəllifi isə qeyd etdiyim kimi Murad adlı şəxsə aiddir,wattpatda rastıma çıxdı,oxudum və sizlərlədə paylaşdım )
  18. sevgi^_^
    vaaauuu superdikiii tam olarag sene aaidise xeber halaldi cox super alinib cunki sozler wekilller hamisi elaa)) cox sevdim birazda kovreldim
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.