2016-cı ilin rəngləri
Hər il olduğu kimi yeni ilin gəlişi özü ilə bahəm yeni dəb trendlərini də gətirir. Dəblə ayaqlaşan xanımları ən çox düşündürən hansı geyimlərin, saç düzümlərin, aksesuarların dəbdə olacağı fikiridir. Moda həvəskarları bu cür detallara ən xırda məqamlarına qədər fikir verirlər. Ən məşhur moda markaları son dəb formalarını öz markalarında tətbiq edərək moda dəfilələrində sərgiləyirlər. Sizə dəbdə olacaq aksesuarlar, geyimlər, makiyaj formaları haqda məlumatlar verilib. Yəqin ki, hər il olduğu kimi bu ildə əksəriyyəti düşündürən suallardan biri də 2016 cı ildə hansı rənglərin dəbdə olacağıdır.
Sizə bu ilin rəng dəbi trendi haqda məlumat veririk:
Bu il xanımlar sevə-sevə çəhrayı rəngin müxtəlif tonlarından və eləcə də mavi rəngin parlaq tonlarından geyimlərində istifadə edə biləcəklər. Əsasən kvars çəhrayı və açıq lavanda rəngi eləcə də mavinin tonları dəbdə olacaq ən aktual rənglərdir. Keçən il baş verən üzücü hadisələrdən dolayı daha sakit və hüzurlu bir il diləyi ilə 2016 cı il hüzur və sülh anlamı daşıyan bu iki rəng dəb aləminə liderlik edəcək.
Rəng standartlarının seçilməsi XX əsrin ortalarında Pantone Amerikan firması tərəfindən işlənib hazırlanmışdır. Pantone rəng modelləri institutu 2016 cı ilin rəng standartı olaraq bu rəngləri önə çəkdi.
Demək ki, bu il sərgilənəcək əksər geyimlər bu rənglərin müxtəlif tonlarında olacaq. Bu rəngdə seçilən müxtəlif materiallarda donları xanımlar həm ziyafət həmdə gündəlik geyimlərində istifadə edərək dəbli görünə bilərlər.
Hətta bu il rəngli saçların dəbdə olduğunu nəzərə alsaq xanımlar rahatlıqla saçlarını bu rənlərdə boyaya bilərlər.
Pantonenin 2016- cı ilin rəng trendindən bəhs edən video çarxı.
Ans Press.com