Yaponiya haqqında

11 Aralık 2015
2 744
1
Yaponiya haqqında
Yaponiya haqqında

Yaponiya haqqında

Yapon xalqı vicdanlıdır. Əgər siz metroda pul kisənizi itirsəniz, 90 % onu sizə geri qaytaracaqlar. Tapan şəxs mütləq pul kisənizi "itirilən və tapılan” əşyalar bürosuna təhvil verəcək.

Yapon dilində söyüş yoxdur. Bu dildə ən pis sözlər "dəli”"axmaq”dır.

Yaponiya haqqında

Bütün yaponlar yemək haqqında danışır. Yemək zamanı yeməyin dadından, görünüşündən danışmaq lazımdır. Siz yemək zamanı bir dəfə də olsa, "dadlıdır” (oishii) sözünü deməsəniz, sizi mədəniyyətsiz insan hesab edəcəklər.

Yaponların əksəriyyəti sağlam qidalanır. Ölkədə artıq çəkidən əziyyət çəkən insana nadir halda rast gəlinir.

Yaponiya haqqında

Bu ölkənin polis işçiləri rüşvət almırlar. Siz ciddi bir qanun pozuntusu etmisinizsə, sizi 30 gün təcridxanada saxlamağa və vəkilinizi yanınıza buraxmamağa ixtiyarları var.

Yapon dili çox çətin olduğu üçün, yaponlar onların dilində 1-2 söz deyə bilən turistlərə hörmətlə yanaşırlar. Onlar hesab edirlər ki, dillərini öyrənmək mümkünsüzdür.

Yaponiya haqqında

Dünyada Tokio ən təhlükəsiz meqapolis hesab olunur. Bura o qədər təhlükəsizdir ki, valideynlər ictimai nəqliyyatdan istifadə edən altı yaşlı övladları üçün narahat olmurlar.

Yaponlar delfin əti yeyirlər. Balıq dadı verməyən delfin əti dadlıdır. Delfin ətini həm çiy, həm də bişirilmiş (kabab, sup) şəkildə yeyirlər.

Yaponiya haqqında

Maraqlı fakt – Yaponiyada küçələrdə zibil qabları yoxdur. Zibili hər kəs evinə aparır. Yaponlar zibili dört hissəyə ayırırlar: yandırılmalı olan zibil, şüşə, yandırılmayan zibil və yenidən emal oluna biləcək zibil.

Yaponlar çox utancaq xalqdır. Onlar açıq şəkildə ətrafdakı insanlara hisslərini biruzə verə bilmirlər. "Səni sevirəm” kəlməsini demək qəhrəmanlıq kimi hesab olunur.

Yaponiya haqqında

Yapon ailələrində ailə daxil münasibətlər fərqlidir. Qardaş və bacının ünsiyyət qurub danışmaması tam normal hal hesab olunur. Onlar hətta bir birilərinin mobil nömrələrini də bilməyə bilərlər.

Yaponlar spirtli içkini az istifadə edirlər. Səbəb isə bir qədəh içəndən sonra yaponların üzləri və bədənləri qızarır.

Yaponiya haqqında

Yaşlı yaponların pensiyası çox azdır. Maksimal pensiya 300 dollar təşkil edir. Bu o deməkdir ki, hər bir yapon öz qocalığını təmin etməlidir.

Çox işləməyə öyrəşən yaponlar gündə 15-18 saat fasiləsiz işləyə bildikləri üçün, yaponları rahat "qarışqa” adlandırmaq olar.

Yaponiya haqqında

Yapon dilində "karoşı” sözü var. Tərcümədə "çox işləməkdən ölüm” deməkdir. Bu diaqnozla Yaponiyada ildə 10000 insan ölür.

Gündoğan ölkəsində işə vaxtında gəlmək adət deyil. İş yerində yarım saat əvvəl gəlmək lazımdır.

Yaponiya haqqında

Qeyd edək ki, Yaponiyanın hər ikinci sakini gözəl rəsm çəkir və yaxşı səsə malikdir. Bu hal tərbiyyə ilə izah olunur – uşaqlara əvvəl rəsm çəkməyi və oxumağı öyrədirlər, sonra isə yazmağı və danışmağı.

Yaponiya haqqında

Yaponiya haqqında
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Alev..
    • Alev..
    • 11 Aralık 2015 16:40
    -Maraqlı xəbər üçün tşk
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.