Balıqdan monastır kotleti (foto-resept)

18 Aralık 2015
1 741
0
Balıqdan monastır kotleti (foto-resept)
Balıqdan monastır kotleti (foto-resept)

Tərkibi:

500 q istənilən balığın filesi
1 baş soğan
2 diş sarımsaq
2 yerkökü
2 kartof
70 q kələm
şüyüd
cəfəri
2 yumurta
duz, istiot, ədviyyat (zövqə görə)
narın suxarı


Hazırlanması:

Çiy tərəvəzlə (soğan, yerkökü, kələm, kartof) balığı ət maşınından keçirin.

Xırdalanmış sarımsaq və xırda doğranmış göyərtini, yumurta, 2 x.q. suxarı əlavə edin, duz-istiot, sevdiyiniz başqa ədviyyat vurun.

Əllərinizi azca su ilə isladıb kotletlər tutun, narın suxarıya batırıb bitki yağında hər üzünü qızardın.


Balıqdan monastır kotleti (foto-resept)

Balıqdan monastır kotleti (foto-resept)

Balıqdan monastır kotleti (foto-resept)

Balıqdan monastır kotleti (foto-resept)

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.