Telefonlarının içinə sorulmuş insanlar

19 Aralık 2015
1 906
2
Telefonlarının içinə sorulmuş insanlar
Telefonlarının içinə sorulmuş insanlar

Telefonlarının içinə sorulmuş insanlar

Texnologiya bizim həyatımızı daha yaxşı və asan edə bilər, bəs əgər real həyatımızı tamamilə rəqəmsal ekranlara həsr etdiyimizdə nələr baş verir?

Müasir dövrdə bir çox insanlar telefonlarının əsirinə çevriliblər, əgər yemək və digər təbii ehtiyacları olmasa, ümumiyyətlə telefonlarından ayrılmazlar. Onlar smartfonlar və telefonları tərəfindən həbs edilib, telefonların içinə sorulublar. Bildirişlər, yeni mesajlar, elektron məktublar – hamısı reallıqdan uzaqlaşmaq üçün “mükəmməl” vasitəyə çevrilib.

Telefonlarının içinə sorulmuş insanlar

Telefonlarının içinə sorulmuş insanlar

Telefonlarının içinə sorulmuş insanlar

2015-ci ildə keçirilmiş Gallup sorğusunun nəticələrinə əsasən, təkcə amerikalıların 52 faizi hər bir neçə dəqiqədən bir telefonlarını yoxlayır, 81 faizi isə oyaq olduqları müddətdə telefonları daima yanlarında saxlayırlar. Belə çıxır ki, telefonlar bizim bədənimizə əlavə edilmiş bir parçamıza çevrilib və biz bir saat da olsun, onlarsız yaşaya bilmirik.

Bu qlobal davranış 20 yaşlı fransız sənətkar Antoine Geiger üçün ilham mənbəyi oldu. O, “Sur-Fake” adını verdiyi düşündürücü foto-layihə həyata keçirdi. Fotolar təsadüfi şəkildə gördüyü selfie çəkən, telefonunda oyun oynayan və ya mesaj yazan insanlar üzərində qurulub. Foto-manipulyasiya sayəsində, onların üzləri mobil telefonları tərəfindən sorulmuş şəkildə təsvir edilib. Bu da onların öz xüsusiyyətlərini itirib, tamamilə telefona qapanmalarını təsvir edir. İnsanlar telefonlarına o qədər qapanırlar ki, bir gün artıq simasız və tanınmaz hala düşürlər.

Telefonlarının içinə sorulmuş insanlar

Telefonlarının içinə sorulmuş insanlar

Telefonlarının içinə sorulmuş insanlar

Bu fotolar xoşagəlməz görünə və gözü narahat edə bilər. Bu təbiidir. Lakin həqiqəti göstərən, güclü mesaj verən hər şeyi qəbul etmək lazımdır. Bu foto-layihəylə Geiger smartfonların bizim ikinci şəxsiyyətimizə çevrildiyini, real həyat üçün gərəkli olan enerji və diqqətimizi oğurladığını mükəmməl təsvir edib.

Həqiqət nə qədər acı olsa da onu qəbul etmək və bəzi şeyləri dəyişməyə çalışmaq lazımdır. Bəşəriyyətə olduqca böyük töhfələr vermiş texnologiyanın həm də qaranlıq tərəfləri mövcuddur və bunu danmaqla, boynuna almamaqla insan ancaq özünə ziyan vura bilər. Həqiqət budur ki, bir çoxlarımızın həyatı rəqəmsallaşıb və soyuq ekranlar arxasına qapanıb. Biz özümüzdən çox yaratdığımız obrazları sevirik və yaratdığımız süni obrazların quluna çevrilirik. Real həyatı yaşamaq vaxtıdır. Texnologiya bəşəriyyəti ancaq irəli aparmaq üçün istifadə edilməlidir.

Telefonlarının içinə sorulmuş insanlar

Fotoqrafın digər fotolarını da sizə təqdim edirik:

Telefonlarının içinə sorulmuş insanlar

Telefonlarının içinə sorulmuş insanlar

Telefonlarının içinə sorulmuş insanlar

Telefonlarının içinə sorulmuş insanlar


Pahoo.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    cox wukur o halda deyilem.ALLAH Uzaq etsin pis haldir.paylawim ucun cox sag olun
  2. SindireLLa


    Düz sözlərdi. Telefon bir yana Komputerdən heç əl çəkmək olmur. Kimin əlinə baxirsan bir telefonu var. Şəxsən özümdə həyatımı Telefonsuz təsəvvür edə bilmərəm) Maraqlı xəbər idi. Oxudum Əllərivə saglik
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.