Soyuqdəyməyə qarşı sarımsaq şorbası (foto-resept)

06 Şubat 2016
1 411
0
Soyuqdəyməyə qarşı sarımsaq şorbası (foto-resept)
Soyuqdəyməyə qarşı sarımsaq şorbası (foto-resept)

Tərkibi:

12 diş təmizlənməmiş sarımsaq
12 diş təmizlənmiş sarımsaq
1 x.q. zeytun yağı
1 x.q. kərə yağı
2 sm zəncəfil kökü
2 baş soğan
1 ç.q. kəklikotu
1 çimdik qırmızı istiot
100 ml 20%-li qaymaq
2 fincan toyuq, yaxud tərəvəz bulyonu
1 limon
duz-istiot


Hazırlanması:

Odadavamlı balaca formada təmizlənməmiş sarımsaqlarla zeytun yağı və 1 çimdik duzu qarışdırın.

180 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin. Bişmiş sarımsağın içini çıxarın.

Qalın qazana kərə yağı qoyub xırda doğranmış soğan, zəncəfil kökü, qırmızı istiot, kəklikotunu daim qarışdıraraq 5-6 dəqiqə qovurun.

Bişmiş sarımsaq içini, 12 təmizlənmiş sarımsağı da əlavə edib daha 3 dəqiqə bişirin.

Bulyonu töküb qazanın qapağını örtün. Vam odda 15-20 dəqiqə, sarımsaq yumşalanadək bişirin. Sonra şorbanı blenderdən keçirin.

Duz-istiot əlavə edin, qaymağı nazik axınla əlavə edərək qarışdırın.

Təkrar ocağın üstünə qoyun, qaynara düşəndə götürün.
Limon sıxın. (Limonu şorbanı süfrəyə verərkən də sıxa bilərsiniz).


Soyuqdəyməyə qarşı sarımsaq şorbası (foto-resept)

Soyuqdəyməyə qarşı sarımsaq şorbası (foto-resept)

Soyuqdəyməyə qarşı sarımsaq şorbası (foto-resept)

Soyuqdəyməyə qarşı sarımsaq şorbası (foto-resept)

Soyuqdəyməyə qarşı sarımsaq şorbası (foto-resept)

Soyuqdəyməyə qarşı sarımsaq şorbası (foto-resept)

Soyuqdəyməyə qarşı sarımsaq şorbası (foto-resept)

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.