Lisey Uşağlarının Milli Yeməyi Olan Maklube Nədir və Necə Hazırlanır? - FOTO

12 Mayıs 2016
3 317
0
Lisey Uşağlarının Milli Yeməyi Olan Maklube Nədir və Necə Hazırlanır? - FOTO
Lisey Uşağlarının Milli Yeməyi Olan Maklube Nədir və Necə Hazırlanır? - FOTO

Özəl türk liseylərində ya da yolu “camaat evləri”ndən keçən tələbələrin dilindən tez-tez eşitdiyimiz bəzi ifadələr, adlar var. Məsələn çay saatı, abi kimi söhbətləri digər məktəblərdə eşitməyiniz mümkün deyil. Bunları yalnız həmin liseylərdə təhsil alan insanlar başa düşür.Bu siyahıda müxtəlif yemək adları da var. Onlardan ən tez-tez eşitdiyimiz isə Maklube idi.


Bəs nədir bu məşhur Maklube? Onu bu qədər sevdirən dadının sirri nədədir? Sizə qısa olaraq maklube’ni tanıtmaq qərarına gəldik:

Maklube nədir?


Bu yemək son zamanlarda həm Azərbaycan, həm də Tükiyədə müəyyən qrupların “milli yeməyi” olaraq tanınsa da ərəb yeməyidir. Maklube sözü ərəb dilindən “çevrilmiş” olaraq tərcümə olunur. Tükiyənin cənub şərqində Gaziantep, Mardin və Siirt tərəflərində də çox populyar olan yeməyin toplu qruplar arasında populyarlaşmasının əsas səbəblərindən biri də geniş sinidə yeyilməsidir. Bu yemək bir növ sini ətrafında oturanların qardaşlıq və bərabərliyini simvolizə edir.

Hazırlanma Qaydası


Maklubeni bişirmək üçün geniş bir siniyə ehtiyacınız var. İlk əvvəl quzu ətini fıstıq və badamla qovururlar. Daha sonra dərin bir qazana qızardılmış badımcan (zövqə görə kartof) və soğan döşənir. Onun üstünə isə sıra ilə plov və qovrulmuş quzu əti qoyulur. Təxminən iki ya üç dəfə eyni sıra ilə qazan ağzına qədər doldurulduqdan sonra qarışdırılmadan bişirilir. Qazan sinin tam ortasında tərs çevrilir. Bunu səliqəli və düzgün şəkildə etmək çox önəmlidir.

Qazanı tərs çevirdikdən sonra, xətt şəklində çoban salatı və qatıq tökülərək hazır vəziyyətə gətirilir. Qatıq və salatı yeyilməsi daha səliqəli olması üçün adam sayına da uyğunlaşdırmaq olar.

Lisey Uşağlarının Milli Yeməyi Olan Maklube Nədir və Necə Hazırlanır? - FOTO

Lisey Uşağlarının Milli Yeməyi Olan Maklube Nədir və Necə Hazırlanır? - FOTO

Lisey Uşağlarının Milli Yeməyi Olan Maklube Nədir və Necə Hazırlanır? - FOTO

Lisey Uşağlarının Milli Yeməyi Olan Maklube Nədir və Necə Hazırlanır? - FOTO

Lisey Uşağlarının Milli Yeməyi Olan Maklube Nədir və Necə Hazırlanır? - FOTO

Lisey Uşağlarının Milli Yeməyi Olan Maklube Nədir və Necə Hazırlanır? - FOTO

pahoo.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.