Gözlər qəlbin aynasıdır - Foto

Gözlər qəlbin aynasıdır - Foto
Gözlərin dediyini bəzən sözlər belə ifadə etmir. Bəlkə də elə buna görə "gözlər qəlbin aynasıdır" deyirlər. Fizioqnomikaya (sifətin oxunması sənəti) görə, hər adamın gözlərinin rəngi təkrarolunmaz və fəqlidir. Mütəxəssislər bildirir ki, gözün rəngi xasiyyətə təsir edir. Bunu nəzərə alaraq digər insanlarla dil tapmaq asan olur.

Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, informasiyanın böyük hissəsi gözlər vasitəsi ilə qəbul olunur. Göz rənglərinə dair bilgilər insanın digərlərini, eləcə də özünü anlamasına kömək edir. İnsan xasiyyətinin hansısa cəhətini gizlədə bilər. Lakin baxışları onu həmişə büruzə verəcək. Gözlərin rəngi də insanı anlamaq üçün önəmlidir. Lakin bunun üçün göz rənglərini dəqiqləşdirmək lazımdır. Bu isə heç də asan deyil. Belə ki, bəzilərinin gözlərinin rəngi qarışıq və dəyişkən olur.

Psixoloq qeyd edib ki, göz rəngləri parlaq olan insanlar daha fəal, ehtiraslı, güclü və enerjili olurlar: "Belə insanların qəzəbi də güclü olur. Açıq və solğun rənglər isə fərdin romantik və küsəyən olmasına işarə edir. İsti göz rənglərinə malik olanlar mehriban, soyuq göz rəngləri olanlar isə əksinə soyuq adamlardır".

A.Qurbanova bildirib ki, göygöz adamlar çox emosional və həssas olurlar. Onlar cazibədar, romantik və ədalətli insanlardır, sevgidə ehtiraslıdırlar. Lakin onların xasiyyətlərinin mənfi cəhətləri də var: "Belə adamların kimdənsə xoşları gəlmədikdə ona qarşı uzun müddət mübarizə aparırlar. Bu insanları emosiyaları idarə edir. Bu səbəbdən də təhlükəli addımlar belə atırlar. Onlar özlərinə ziyan olduqda belə mübahisələrə girirlər. Göygöz adamlar kinli, cəsarətli və qətiyyətlidirlər. Onlarda liderlik xüsusiyyətləri özünü göstərsə də, əksər hallarda kölgədə qalırlar. Həyatda uğur qazanmaq üçün belə adamlar öz hərəkətlərini idarə etməyi bacarmalıdırlar".

Tünd qəhvəyi və ya qara gözlərin sahiblərinin enerjili, fəal və ehtiraslı olduğunu deyən psixoloqa görə, belə adamlar bir yerdə qərar tuta bilmirlər. Dediyinə görə, onlar daim irəli getmək, müxtəlif nailiyyətlər əldə etmək istəyirlər: "Hökmlüdürlər və liderliyi xoşlayırlar. Belə gözlərin sahibləri digərlərinin xoşuna gəlməyi bacarır, cazibədar olurlar. Diqqət mərkəzində olmağı sevirlər. Onlardan çoxları hesab edir ki, diqqət mərkəzində olmaq adi haldır. Bu səbəbdən də hər zaman birinci olmağa can atırlar. Eyni zamanda, istəyirlər ki, onları həvəsləndirsinlər, tərifləsinlər. Əks halda, onlara nəyəsə nail olmaq maraqsız gəlir. Tez aşiq olurlar. Onlar mübahisələrə meylli olsalar da kinli deyillər, xoşlarına gələn insanlara qarşı xoş münasibət bəsləsələr də sevmədiyi insanlara qarşı qəddardılar".

Müsahibim əlavə edib ki, kül rəngli gözlərə malik adamlar ağıllı və qətiyyətlidirlər: "Onlar problemlərdən qaçmırlar. Problemləri dərhal həll edirlər. Səbrli, məsuliyyətli, özlərinə əmin olurlar. Belə adamlar mübahisələri sevmirlər. Lakin soyuq münasibət qurmaları ilə fəqlənirlər. Quru, emosiyasız adam olmalarına baxmayaraq, sadiqliyi ilə seçilirlər".

Onun dediyinə görə, tünd kül rəngli gözlərin sahibi isə çox güclü adamlar olur. "Onlar tərs, qısqanc, cəsarətli və sadiq olurlar. Belə adamlara hər şey maraqlı gəlir. Onlar şəxsi həyatda və işgüzar aləmdə də uğurludurlar".

Qurbanova bildirib ki, açıq qəhvəyi gözlərin sahibləri isə tamam fərqlidilər: "Belə adamar çox utancaq olurlar. Xəyalpərəstdilər, qapalı və tənhalığa meyllidirlər. Belə adamlara inanmaq olar. Onlar zəhmətkeş olur, problemləri özləri həll etməyə can atırlar. Adətən açıq qəhvəyi göz sahibləri qoyduğu məqsədlərə çatır və uğur qazanırlar. Lakin onlar kənardan təzyiqləri sevmirlər. Onların bəziləri tənbəl və passiv olurlar. İlk baxışdan yumşaq və utancaq təəssürat bağışlayan belə adamlar çox tərs ola bilərlər. Belə insanlar müstəqil hərəkət etdikləri halda böyük uğurlara nail olurlar. Yalnız tam sərbəst olduqda işləri yaxşı gedəcək".

Psixoloqun sözlərinə görə, sarı rəngdə olan, pələng gözlərini xatırladan gözlərə isə nadir halda rast gəlinir: "Bu, insanın qeyri-adi olmasını göstərir. Onların xüsusi istedadları olur. Misal üçün, belə adamlar digərlərinin fikirlərini oxuya bilir. İstənilən işə yaradıcı yanaşırlar. Belə insanlarla ünsiyyət qurmaq zövq verir. Sarı rəng isti rəng olduğundan bir növ bu cür insanlar işıq saçır. Lakin onlar gözlənilməz hərəkətlər də edir və məkrlidirlər. Bu səbəbdən də onları hirsləndirmək olmaz. Bu, onları özündən çıxaran adam üçün pis nəticələnə bilər. Onlar hisslərinə qapılaraq yaxınlarına, dostlarına, sevdikləri insanlara görə son güclərinə qədər mübarizə aparmağa hazırdılar. Onları qorxutmaq çətindir. Sarı gözləri olan adamlar heç kimə tabe olmaq istəmirlər. Özlərini çətin idarə etsələr də hiyləgər və uzaqgörən olurlar. Onlar insanların ikiüzlü olmasını yaxşı hiss edirlər".

Yaşıl göz adamların çox mehriban olduğunu vurğulayan həmsöhbətim onların sevgisinin səmimi olduğunu deyib: "Sevdiklərinə qarşı sadiqdirlər. Belə gözlərin sahibləri dözümlü, tərs, məqsədyönlü olur. Onların yaxşı təşkilatçılıq bacarıqları da var. Lakin onlara enerji və qüvvət çatışmır. Belə adamlar liderliyə can atmasalar da işgüzar aləmdə hörmət qazanmağı və mütəxəssis olmağı istəyirlər".

Dediyinə görə, yaşıl gözlərin sahibləri ədalətlidirlər. Həyata real baxır, düşdüyü problemli vəziyyətlərdən düzgün çıxış yolu tapa bilirlər. Ciddi və səliqəlidirlər. Bununla yanaşı, sirli və maraqlı görünə bilirlər: "Hiyləgər, digər insanların nə istədiklərini tez başa düşəndirlər. Eyni zamanda, onlar məkrlidirlər. İnsanları idarə etməyi xoşlasalar da, mübahisəli vəziyyətlərdən yan qaçmağı üstün tuturlar. Belə adamlar qürurlu olur və onların qüruruna toxunanları bağışlaya bilmirlər. Onlar sadiqdirlər. Belə adamlar qulaq asmağı xoşlayır, ünsiyyətdə maraqlıdırlar. Rəhbər işlərdə özlərini yaxşı hiss edirlər".
"Ekspress" qəzeti

Gözlər qəlbin aynasıdır - Foto

Gözlər qəlbin aynasıdır - Foto

Gözlər qəlbin aynasıdır - Foto

Gözlər qəlbin aynasıdır - Foto

Gözlər qəlbin aynasıdır - Foto

Gözlər qəlbin aynasıdır - Foto

Gözlər qəlbin aynasıdır - Foto

Gözlər qəlbin aynasıdır - Foto

Gözlər qəlbin aynasıdır - Foto

Gözlər qəlbin aynasıdır - Foto

Gözlər qəlbin aynasıdır - Foto

Gözlər qəlbin aynasıdır - Foto

Gözlər qəlbin aynasıdır - Foto

Gözlər qəlbin aynasıdır - Foto

Gözlər qəlbin aynasıdır - Foto

Gözlər qəlbin aynasıdır - Foto

Gözlər qəlbin aynasıdır - Foto

Gözlər qəlbin aynasıdır - Foto

Gözlər qəlbin aynasıdır - Foto

Gözlər qəlbin aynasıdır - Foto

Gözlər qəlbin aynasıdır - Foto

Gözlər qəlbin aynasıdır - Foto

Gözlər qəlbin aynasıdır - Foto

Gözlər qəlbin aynasıdır - Foto

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.