Paltonu bədən tipinizə uyğun seçin - Xanımlara özəl

Paltonu bədən tipinizə uyğun seçin - Xanımlara özəl
Havalar soyumağa başladısa, deməli, qarderob da dəyişir. Nazik paltarlar yığışdırılır, əvəzində qalın paltarlar çıxarılır. Yəqin ki, paltolar da qarderobda yerini almağa başlayır. Bəs hansı bədən tipinə hansı tərzdə palto yaraşar? Feat.Az-ın bu yazısını oxumadan özünüzə palto almayın!

Daha çox cins və idman ayaqqabısı geyinirsinizsə, düz kəsimli paltolar seçin.
Paltonu bədən tipinizə uyğun seçin - Xanımlara özəl

Feminen və zərif bir tərziniz varsa, bədəninizə oturan tərz seçməlisiniz.


Qum saatı bədən tipinə malik olanlar hər cür palto geyinə bilər. Ancaq kəmərli modellər belinizin incəliyini möhtəşəm şəkildə vurğulayacaq. Dizə qədər olanlar da sizin üçün ən doğru seçimdir.


Düzbucaq formalı bədən tipi olanlar belini vurğulayaraq bədəninə bir az feminenlik qatmalıdır. Klyoş, asimmetrik, lalə, ya da kruvaze modellər sizin üçün idealdır. Paltonun uzunluğu dizlərinizə qədər, ya da bir az yuxarı olmalıdır. Kəmər belinizi oyuq göstərəcəyi üçün mütləq taxılmalıdır. Fərqli rənglər və modellərdən istifadə etməyə qorxmayın.


Üçbucaq bədən tipinə maliksinizsə, paltonuz bədəninizi daha uzun, ombanızı daha incə göstərməlidir. Bunun üçün yüksək belli, kruvaze, trapeze, kürklü yaxalı, ya da yeke çiyinli modelləri seçə bilərsiniz. Uzunluğu dizə qədər olmalıdır. Çox geniş kəmərlər və böyük ciblərdən uzaq durun.


Tərs üçbucaq bədən tipi olanların məqsədi çiynin genişliyini saxlamaq olmalıdır. Buna görə kloş modellər sizin üçün doğru seçimdir. Dizə qədər, ya da daha qısa paltolara üstünlük verin. Omba ətrafında cibləri olan modelləri geyərkən tərəddüd etməyin. Üst hissəsində işləmə, bəzək olan modellərdən qaçın. Üst qismi mümkün qədər sadə olmalıdır.


Yumru bədən tipinə sahibsinizsə, hədəfiniz silüetinizi daha uzun və belinizi daha incə göstərmək olmalıdır. Çiyinlərdən genişlənən qısa modellər, rəngli modellər, kəmərli, beldən oturan, ətəyi kloş dar modellər və asimmetrik modellər sizi olduqca incə göstərəcək. Bunun yanında V yaxa seçməlisiniz. Kürklü modellərdən, dik və geniş boyunlulardan uzaq durun.

lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.