Bütün dəbli xanımların qarderobunda olmalı 5 ikonik çanta

Bütün dəbli xanımların qarderobunda olmalı 5 ikonik çanta
Çantalar geyimimizi tamamlayan ən vacib aksesuardır desək,yanılmarıq. Biz də, dəblə ayaqlaşan xanımlarımız üçün ən yeni və dəbli 5 çantanı seçdik ki, qarderobunuza əlavə edə biləsiniz.

Chloé — Faye

Bütün dəbli xanımların qarderobunda olmalı 5 ikonik çanta

Chole-un Faye çantası yəqin ki, ən rahat çantadır. Eleqant görünüşü və fərqli dizaynı sayəsində onu həm işə, həm rəfiqələrinizlə kofe içməyə, eləcə də, romantik görüşə də rahatlıqla götürə bilərsiniz.

Loewe — Puzzle



Puzzle çantalar öz unikal dizaynı, yığcamlığı və rahatlığı ilə dəb sevərlərin ürəklərini fəth edib. Qarderobda “must-have”lərdən biridir. İstənilən geyimlə uyğunlaşan tərzli görünüşə sahibdir.

Ralph Lauren — Ricky



Çemodan tərzində olan çantalar keçən il dəbə düşdü. Ralph Lauren-in həyat yoldaşının şərəfinə dizayn edilən Ricky çantası isə yeni trenddir. Və təəccüblü deyil ki, “dəb ovçuları” tez bir zamanda onun ovuna başladırlar. Yığcamlığı, dizaynı və rahatlığı bunu deməyə əsas verir.

Dior — Diorama



Ciddi görünüşü, klassik rəngi, möhkəm tutacağı və zəncir bağı sayəsində bu çantanı seçməmək üçün heç bir şansınız qalmır. Nisbətən kiçik ölçüsü və universal forması ilə o sizi həm biznes-leydi kimi, həm də yaradıcılıqla məşğul olan xanım kimi qələmə verə bilər.

Hermès — Kelly Cut



Hermesin Kelly çantası mini-versiyası ilə ölçüsünə baxmayaraq dəb sevərlər arasında böyük uğur qazanıb. Kelly Cut rahat görünüşü və zəngin rəng çeşidilə hətta Dəb həftələrinin də xitinə çevirilib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.