Soyuq havalarda da ətəklərinizlə dəbli görünəcəksiniz – 5 şıq kombin

Soyuq havalarda da ətəklərinizlə dəbli görünəcəksiniz – 5 şıq kombin
İstər payız, istərsə də qışda könlünüzdən ətək geyinmək keçir, amma havanın soyuqluğu bu istəyinizə mane olur? Heç də pis olmayın. Çünki ətəkləriniz üçün yay kombinlərinə vəda edib, onları sevimli botlarınızla dəstləşdirməyin vaxtı gəlib. Həm dəbli görünüb, həm də özünüzü soyuqdan qorumaq istəyirsinizsə soyuq havalarda yoxlamalı olduğunuz şıq ətək kombinləriniz sizə təqdim edirik.

Neylon corablarınızla geyinin
Soyuq havalarda da ətəklərinizlə dəbli görünəcəksiniz – 5 şıq kombin

Ətəklərinizi yay havasından çıxardıb soyuq havalara uyğunlaşdırmağın ən asan yolu neylon kalqotkalarınızdır. Rəngli ya da rəngsiz, bəzəkli ya da bəzəksiz neylon corab istifadə etməklə siz həm dəbli görünücəksiniz, həm də ətəklərinizi soyuq havalarda da rahatlıqla geyinə biləcəksiniz.

Uzun paltolarla dəstləşdirin



Əgər neylon kalqotkaları sevmirsinizsə, o zaman əvəzinə uzun jaket və ya paltolarınızı geyinə bilərsiniz. Mini ətəyinizlə geyinəcəyiniz printli, naxışlı jaket və ya paltonuz sizi soyuqdan qorumaqla qıçlarınızı da ön plana çəkəcək.

Uzun botlarınızla geyinin



Dizdən yuxarı ətəklərinizi soyuq havalarda uzun botlarınızla dəstləşdirmək yaxşı fikirdir. Bu kombinə neylon kalqotkalarınızı da əlavə edə bilərsiniz. Amma ətək və bot arasında qıçlarınızın görünməsi görüntünüzə daha şıq hava qatacaq.

Oversize sviterlərinizlə kombinləyin


Xüsusilə də, qələm ətəklərlə oversizə sviter dostluğu yaxşı alınır. Beləliklə, həm şıq, həm də salaş bir görüntü əldə edəcəksiniz.

Midi boy və uzun bot uyumu


Yayda bir çox ayaqqabı modelilə uyğunlaşan midi ətəklərinizi qışda da uzun botlarınızda uyğunlaşdıra bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.