Hitlerin xanımının çılpaq şəkilləri yayıldı – İlk dəfə

02 Aralık 2016
3 097
0
Hitlerin xanımının çılpaq şəkilləri yayıldı – İlk dəfə
Böyük Britaniyanın “The Sun” qəzeti ilk dəfə olaraq Almaniyanın füreri Hitlerin xanımı Yeva Braunun çılpaq şəkillərini dərc edib.

Ekspertlərin fikrincə, bu şəkillər orijinaldır və nasist rəhbərinin seksual seçimləri barədə təsəvvür yarada bilər. Misal üçün, şəklin çap olunduğu vərəq Almaniya nasist liderləri arasında kifayət qədər populyar idi. Bundan əlavə, qum üzərindəki ağ ayaqqabıları bir çox digər şəkillərdə Yeva Braunun ayağında görmək olar.

Şəkillərdə Adolf Hitlerin əvvəl məşuqəsi, sonra isə həyat yoldaşı olan Yeva tam çılpaq şəkildə əks olunub. Şəkillərdən birinin arxasında isə Yevanın şəxsi imzası var. Çılpaq şəkil çəkdirən Braunun üzündəki təbəssüm bu növ şəkillərin onun üçün tam təbii olduğunu göstərir.

Avstriya kolleksiyaçısı Bernarın sözlərinə görə, o bu şəkilləri Zalsburgun tarixi əşyalar satılan mağazalarından birində əldə edib. Şəkillər yerli sakin tərəfindən çardaqda yerləşən qutudan tapılıb.

1931-ci ildə, Hitlerin ögey bacısının qızı Geli Raubal 23 yaşında intihar etdikdən sonra Braun gələcək fürerin həyatında mərkəzi yer tutub. Hitlerdən heç bir emosional qarşılıq almayan Yeva iki dəfə intihara təşəbbüs edib. Lakin 1944-cü il iyulun 20-də Hitlerə sui-qəsd təşkil edildikdən sonra onunla ömrünün sonuna qədər yaşayacağına söz verib və vədinə əməl edib.

Hitlerin xanımının çılpaq şəkilləri yayıldı – İlk dəfə

Hitlerin xanımının çılpaq şəkilləri yayıldı – İlk dəfə

Hitlerin xanımının çılpaq şəkilləri yayıldı – İlk dəfə

Hitlerin xanımının çılpaq şəkilləri yayıldı – İlk dəfə
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.