Qaraçı toy adətləri – FOTOLAR

14 Ekim 2014
5 301
0
Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR
Qaraçı toy adətləri – FOTOLAR
Qaraçı toy adətləri – FOTOLAR


Bu mərasim qaraçıların həyatında önəmli yerlərdən birini tutur.

Buna görə də qaraçılar bura gen-bol pul sərf edirlər. Toy hətta o biri kəndə də əks-səda verir. Qapı-qapı gəzərək qarşılarına çıxan insanla şərab içirlər.

Onlarda elçilik geniş yayılıb. Bu adətlə yanaşı, digər ənənələr də mövcuddur. Qaraçılar uşaqlarına lap körpəlikdən adaxlı tapırlar. Uşaqlar müəyyən yaşa çatdıqdan sonra keçiriləcək toy haqqında valideynlər arasında razılaşma olur. Bu, sövdələşmə əvvəllər ciddi qəbul edilirdi. Bəzən qaraçılar valideynlərin razılığı ilə 9-10 yaşlı qızı doğma ailəsindən ayırıb öz yanlarında saxlayırdılar. Qız 13-15 yaşadək gəlin köçəcəyi valideynlərin himayəsində yaşadıqdan sonra toy təşkil olunurdu. Erkən nikahlar uşaqların yeniyetməlik çağlarında ənənəvi həyat tərzindən uzaqlaşmaması anlamına gəlirdi. Əlbəttə, indiki dövrdə 14-15 yaşında ailə quran qaraçılara az rast gəlinir. Son zamanlar nikah yaşı 16-20 arasında dəyişir.

Qaraçılarda maraqlı bir adət var: gəlinlərin dəyişdirilməsi. Bu adətə qaraçı dilində “te keres pe skimbate” deyilir. Adətə görə, başqa bir ailəyə öz qızını gəlin göndərən valideyn həmin ailədən bəyin bacısını alır. Bu, hər iki tərəf üçün əlverişli idi və bu zaman ailə başlıq haqqını ödəməkdən azad edilirdi.

Elçiliyə, adətən, gənc bəyin valideyn və qohumları gəlir. Qonaqlar gəlinin valideynləri ilə danışıqlar aparır. Gəlin qonaqların arasına çağırılana qədər gözə görünə bilməz. Razılıq əldə edildikdən sonra gəlinin valideynləri onu məclisə çağıraraq fikirlərini soruşurlar. Hər halda, valideyn qızın atasının iradəsinə qarşı çıxmayacağını da bilir. Gələcək qayınana qızın boynuna qızıldan hazırlanmış qəpik taxır, bu isə o deməkdir ki, daha keç kəs bu qıza elçi düşə bilməz. Uşaqlıqdan gözaltı edilmiş qıza da bəyin atası qızıl qəpik taxır. Qız qızıl qəpiyi toya qədər gəzdirməlidir.

Qaraçılarda gəlinin oğurlanması kimi adət də mövcuddur. Bu, əsasən, maddi çətinliklə bağlıdır. Toyun keçirilməsi və başlıq haqqı üçün pul olmadığından gəlin qaçırılır. Amma bu hal qızın valideynlərinin toya razılıq vermədiyi zaman da baş verir. Xoş-zor qızı qaçırırlar. Qaçırılma bəzən faciə ilə də sona çata bilər.

Qaraçılar başqa etnik qrupla qohum ola bilər. Lakin adətən, namizəd qrup daxilindən seçilir.
Qaraçılarda gəlin seçimi onun valideynlərinin mənşəyi əsas yer tutur: ailənin imkan və şöhrəti önəm daşıyır.
Başlıq üçün ödəniş toydan qabaq edilir: ya elçilik vaxtı, ya da elçilikdən sonra. Başlıq haqqı – potensial işçini itirdiyi üçün qızın atasına ödənilən müavinətdir. Gəlinin əvəzində qızıl ödəyən bəyin valideynləri qızın tam sahibi hesab edilirlər. Elə buna görə də, qız tam asılı vəziyyətə düşür. Bunu nəzərə alan gəlinin valideynləri toyun ikinci günü qızılın bir hissəsini geri qaytarmaqla qızlarının gün-güzəranını yaxşılaşdırmağa çalışırlar.

Əvvəllər gəlinə pərqu döşək, geyim və zinət əşyaları verilərdi. İndi isə təzə ailə quranlara mənzilin, avtomobilin açarları təqdim olunur.
Qaraçıların toy məclisi gəlinin evində keçirilir. Burada rəqs etdikdən sonra gəlin bəyin evinə aparılır. Yemək masası isə bəyin evində açılır. Kişi və qadınlar üçün ayrıca stol açılır.
Sonradan isə gənclər yataq otağına ötürülür. Otaqda yalnız yaşlı qadınlar qala bilər. Bu, toyun ən qızğın vaxtında baş verir.

Bundan sonra gənclər yataq otağından çıxaraq qonaqların yanına qayıdır. Bu dəfə gəlin ərli qadın kimi geyinir: başında dəsmal, əynində önlük. Onun saçlarını isə qonaqlar hörürlər.

Toy mərasimi, adətən, 2-3 gün davam edir. İmkanlı qaraçılarda toy hətta həftələrlə davam edə bilər. Qaraçılarda boşanma nadir haldır. Əgər arvad ərindən narazıdırsa, sadəcə, çıxıb gedə bilər. Bunun üçün hər hansı bir xüsusi mərasim keçirilmir.


Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Qaraçı toy adətləri – FOTOLAR

Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.