Nəfəs alır Ruhum..

12 Ekim 2014
2 099
0
Nəfəs alır Ruhum..
Nəfəs alır Ruhum..

Nəfəs alır Ruhum..Hər gecə gündəlik tutardı izlərim. Səhifələr dolusu yazardım, yenə də bitirə bilməzdim.

Nəfəsini tamamlayırdı dünya bir çırpıda. Masumiyət idi geridə qalan və bizlər günahsızdıq nədənsə.
Topluca ölmək istədik əvvəl. Bir qram axmayacaqdı gözyaşlarımız. Ardımıza dönüb baxmayacaqdıq, o qədər qərarlıydıq. Səbəbsiz bir yaz günü, qəbiristanlıq qədər bir vətənə sıxışacaqdıq. Dayaza bildiyimiz qədər rahatlayacaq, ölə bildiyimiz qədər yaşayacaqdıq.

Bilməzdikmi sus pus ölümlər daha acı verərdi arxada qalanlara?
Niyə bu qədər sancılıydıq ölərkən?
Nəyi doğururduq belə paldır küldür gedərkən?Nəfəs alır Ruhum..


Nəfəs alır Ruhum..Nəfəs alır Ruhum..Nəfəs alır Ruhum..
Nəfəs alır Ruhum..
Nəfəs alır Ruhum..Nəfəs alır Ruhum..Nəfəs alır Ruhum..

Nəfəs alır Ruhum..Ən mükəmməlindən bir şampan içdik əvvəl. Gözləmirdik heç birimiz, gedərkən axşamdan qalma hallarda olmağı. Diləklərimiz gerçək olsaydı, dinc ola bilərdik bəlkə biz də. Süni vicdan əzablarımız olmazdı, vicdanımıza sarğı etməzdik bəlkə də. Heç bir xəstəxana çarəsiz qalmazdı bilinməyən xəstəliklərimiz qarşısında. Kəşf edə bilməzdi kimsə dərdimizi, dərman olmaq buna görə mümkün deyildi.

Həmişə deməzdikmi bizlər dərmansız dərdlərdən deyil, vicdanımızdakı qan itkisindən öləcəyik deyə?

Bu gün qan itkisindən ölmə vaxtı idi yenə.Nəfəs alır Ruhum..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.