Azərbaycanın gözəllik kraliçası kim olacaq? - Fotolar
Feat.Az qafqazinfoya istinadən xəbər verir ki, yarışmanın münsif heyətində Azərbaycanın tanınmış modelyer-dizaynerləri Afaq İsmayılzadə, Gülnarə Xəlilova, stilist-Nəsir Babayev, əməkdar artist- Tünzalə Ağayeva, aktyor-aparıcı Şəhriyar Əbilov və aktyor, layihə rəhbəri Elmir İsmayılov iştirak edib.
Podiumda ümumilikdə 24 gənc xanım özünü sınayıb.
Azərbaycanda ilk dəfə olaraq keçiriləcək tam fərqli gözəllik yarışmasının yarı final / final mərhələsində Türkiyənin tanınmış modelyerlərinin Tolqa Cam və Serdar Uzuntaş , eləcə də türk estradasının pop ulduzları- Ece Seckin, Merve Özbey, Sinan Akçıl və digərlərinin iştirakı gözlənilir.
Gözəllik kraliçası yarışmasında 1-ci yerin sahibi qızıl tac və ya pul mükafatına, 2-ci və 3-cü yerin sahibləri pul mükafatına layiq görüləcəkdir.