Dikdaban ayaqqabıları ilk dəfə kişilərin geyindiyini bilirsinizmi?

Dikdaban ayaqqabıları ilk dəfə kişilərin geyindiyini bilirsinizmi?
Qadınların çox sevdiyi aksesuarı olan dikdaban ayaqqabılar ilk olaraq kişilər tərəfindən geyinilib. Maraqlıdır, bəs necə oldu ki, kişilərin bir zamanlar ayaqlarından çıxarmadığı bu ayaqqabılar qadınların favorit ayaqqabıları halına gəldi?

Dikdaban ayaqqabıları ilk dəfə kişilərin geyindiyini bilirsinizmi?

Feat.Az bildiri ki, Kanadada bir muzeydə işləyən Elizabeth, dikdaban ayaqqabıların bir zamanlar kişilər tərəfindən uzun müddət geyildiyini iddia edir.O, bu ayaqqabıların döyüş anında işləri asanlaşdırdığı üçün əsgərlər tərəfindən istifadə edildiyini də əlavə edir. Elizabeth qeyd edib ki, bu ayaqqabılar əsgərlərin at üstündə sabit bir şəkildə dayanmasını asanlaşdıraraq hədəfin daha asan vurulmasını təmin edir.

Dikdaban ayaqqabıları ilk dəfə kişilərin geyindiyini bilirsinizmi?

16-cı yüzillikdə İranın böyük komandirlərindən olan Şah Abbas Osmanlı İmperatorluğu İlə mübarizədə Avropalılarla əməkdaşlıq edirdi. Bu əməkdaşlıq nəticəsində 1599-cu ildə İran heyəti Avropaya getdi.Həmin vaxt dikdaban ayaqqabı geyən bu heyətin Avropaya səfərindən sonra dikdaban ayaqqabılar Avropalılar tərəfindən mənimsəndi. Əlavə olaraq bu ayaqqabılar Avropada kişiyə xaslıq və elitarlıq kimi qəbul edilirdi.

Dikdaban ayaqqabıları ilk dəfə kişilərin geyindiyini bilirsinizmi?

Kişilərin daha kişiyə xas görünmək üçün geydiyi bu ayaqqabıları ilk dəfə qadınlar da kişiyə xas görünmək istədikləri üçün geyiniblər. Qulağa qəribə gəlsə də, o dövrlər qadınlar kişilərə bənzəmək üçün saçlarını qısa kəsdirər və tütün çəkərdilər.

Dikdaban ayaqqabıları ilk dəfə kişilərin geyindiyini bilirsinizmi?

1600-cü illərin sonlarına doğru həm qadınların həm də kişilərin geydiyi dikdaban ayaqqabılar bu illərdən sonra kişi və qadınlar tərəfindən fərqli modellərdə geyilməyə başlanmışdı. Qadınlar daha incə dabanlı ayaqqabıları seçərkən, kişilər daha qalın və alçaq dabanları olan ayaqqabıları seçirdilər. Müəyyən bir zaman sonra kişilər tərəfindən qadın aksesuarı kimi qəbul edilən bu ayaqqabıları 1750-ci illərdən etibarən kişilər daha geyinmədi.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.