Əlvidalarımı payladım...

13 Ekim 2014
2 849
0
Əlvidalarımı payladım...
Əlvidalarımı payladım...

Əlvidalarımı payladım...


Əlvidalarımı payladım...Sən getdin.. Bir zindan yalnızlığı, ağır bir boşluq buraxdın geridə. Getdin və dönməyəcəksən bir daha. Haqlısan gedişində, bu eşqi bitirməkdə haqlısan. Bir söz söyləyə bilmədim. Üzünə baxa bilmədim. Qarşında ağlamadım. Əridim, tükəndim, bitdim.
Sonsuzluqda bir insan necə olar.. səsi sorağı necə duyulur?
Əlvida eşqim.. Əlvida sevgilim. Sən özünü heç mənim tək gərəksiz, mənim tək dəyərsiz, mənim tək
yapyalnız hiss etdinmi? Ayrılıq ölüm qədər acı və soyuq. Güzgüyə baxıram. Güzgüdə gördüyüm mən
deyiləm. Gözlərim cəhənnəm atəşi.. dodaqlarım möhürlənmiş. Əllərim titrəyir. Ürəyim qızmar
dəmirlərlə dağlandı. Yoxluğunun acısı çox ağır gəlir sevgilim.
Sevinclərim, xəyallarım,
ümidlərim, rəngli dünyam əlvida.. Əlvidalarımı payladım...

Əlvidalarımı payladım...

Əlvidalarımı payladım...
Əlvidalarımı payladım...
Əlvidalarımı payladım...
Əlvidalarımı payladım...
Əlvidalarımı payladım...
Əlvidalarımı payladım...
Əlvidalarımı payladım...
Əlvidalarımı payladım...
Əlvidalarımı payladım...

Əlvidalarımı payladım...

Əlvidalarımı payladım...Əlvida yaşamaq.. Yaşantımın anlamı əlvida. Başqası bilməz sənin yoxluğunun acısını. Sənsiz nə hallarda olduğumu kimsə bilməz. Anlamıram itib gedən bir eşqin kədərini. Dünənə qədər həyatın ən gözəl günlərini yaşadım. Günəş qədər yaxındır mənə sevgi. Günəş qədər isti və parlaq. Buraxdın birdən-birə, qanadlarım kəsildi. Sürətlə zirvələrdən düşdüm yerə, boşluğun içindəyəm, indi heçbirşeyəm. Bir zamanlar dünyanın ən zəngini idim. Bütün çiçəklər bizim üçün açardı, bizim üçün bəhrə verərdi meyvələr, əkinlər bizim üçün bərəkətli, sular bizim üçün çağlardı. İndi toz duman içində qızğın bir çöldəyəm. Sən mənsiz
necəsən, bilmirəm. Rahatmısan, xoşbəxtmisən, bu qədər tezmi məni unutdun?.. Necədə birdən olub keçənləri unutdun? Dünənə qədər gözlərindən eşqi
içdiyim, dodaqlarında ürəyimi əritdiyim, uğrunda bıçaqlar çəkib dünyaya meydan oxuduğum ey
sevgilim haradasan? Kimləsən?.. kimlərləsən?..
Kimlərlə oynaşıb könül verirsən? Mən burada, tərk
edib getdiyin yerdəyəm.
Əlvida eşqim.. Əlvida birdənəm..
Əlvida sevgilim!Əlvidalarımı payladım...


Əlvidalarımı payladım...





Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.