Telefonlara "Van Damm" "smayliki" gəldi - FOTO

06 Ocak 2017
2 363
0
Telefonlara "Van Damm" "smayliki" gəldi - FOTO
Hollivudun ulduzu Jan Klod Van Dammın üz ifadəsinə və filmlərində istifadə etdiyi idman alətlərinə uyğun olaraq emoji (smaylik) və stikerləri hazırlanıb.

Feat.Az-ın məlumata görə, 56 yaşlı aktyora "Automatik" şirkəti arasında bağlanan müqaviləyə əsasən hazırlanan proqram tətbiqində 159 emoji yer alıb.

Şirkətin ortaqlarından olan Brayn Kavanauq Con açıqlamasında Van Damın uşaqlıqdan bəri pərəstişkarı olduğunu və tətbiqetmənin hazırlanması zamanı onun üz ifadəsinin orjinallığının saxlanılmasına çalışdıqlarını bildirib.

Aktyor isə dünyaya "Van Damm" mesajı verməyin möhtəşəm bir hiss olduğunu söyləyib.

Hansı emojini daha çox bəyənirsiniz sualına isə o, belə cavab verib:

"Əslində ikisi mənim daha çox xoşuma gəlib. Evdən evə təpik atan və pələnglər üzərindəki emoji. Çünki, heyvanları çox sevirəm".

Qeyd edək ki, sözügedən tətbiqi həm Android, həm də iOS istifadəçiləri yükləyə bilər.

Telefonlara "Van Damm" "smayliki" gəldi - FOTO

Telefonlara "Van Damm" "smayliki" gəldi - FOTO

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.