Xəstəliyinizi üzünüzdən oxuyun - FOTO

26 Ocak 2017
1 554
0
Xəstəliyinizi üzünüzdən oxuyun - FOTO
Sızanaqlar, qabıq verən dəri, çatlamış dodaqlar və s. dəri problemləri kifayət qədər vitamin və mineral qəbul etməyinizdən xəbər verir.

Feat.Az publika.az-a istinadən dəri problemlərinin əslində hansı xəstəliyin əlamətləri olduğu ilə tanış edir.

Solğun dodaqlar - Dəmir çatışmazlığı

Vücudunuzu ehtiyacı olan dəmirlə təmin etmək üçün qırmızı ət, ispanaq, lobya, paxla və balıq yeyin. Bununla yanaşı, dəmir həbləri qəbul etmək tövsiyə olunur.

Ağız kənarlarında çatlar - Sink, dəmir və B vitamini çatışmazlığı

Bu, kifayət miqdarda zülal qəbul etmədiyinzin də əlaməti ola bilər. İstridyə, toyuq, hinduşka, yumurta, balıq və molyuska sink, dəmir və B vitamini çatışmazlığını aradan qaldıran qidalardır. C vitamini isə dəmir və sink ifrazını asanlaşdırdığı üçün mühüm rol oynayır. Odur ki, C vitaminini ehtiyacını gül kələmi, portağal, limon və bibər kimi qidalarla qarşılayın.

Dəridə qızartı və qabıq verməsi - B7 vitamini (biotin) çatışmazlığı

Orqanizm karbohidratları, amin turşuları və yağları həzm etmək, eləcə də saç və dırnaqları gücləndirmək üçün biotinə ehtiyac duyur. Ən yaxşı biotin mənbəyi yumurta sarısıdır.

Yanaqlarda ağ və qırmızı sızanaqlara bənzər şişlər - Omeqa 3 yağ turşuları, A və D vitamini çatışmazlığı


Balıq və qoz Omeqa-3-lə zəngin olan məhsullardır. A vitamini ehtiyacını ödəmək üçün göyərti, şirin kartof, yerkökü və qırmızı bibər yeyin. D vitamini çatışmazlığını aradan qaldırmağın ən sadə yolu günəş vannasıdır. Həmçinin süd, qatıq, ciyər və ət də D vitamini ilə boldur.

Gözlərdə şişkinlik - Yod çatışmazlığı


Yod çatışmazlığının digər əlamətləri isə dəri quruluğu və çəkinin qəfil artmasıdır. Bədənimiz tiroid hormonları ifraz etmək üçün yoda ehtiyac duyur. Yod qəbulunun ən sadə üsulu yodlu süfrə duzu istifadə etməkdir. Digər təbii yod mənbələri arasında dəniz tərəvəzləri və duzlu su balıqları var.

Xəstəliyinizi üzünüzdən oxuyun - FOTO

Xəstəliyinizi üzünüzdən oxuyun - FOTO

Xəstəliyinizi üzünüzdən oxuyun - FOTO

Xəstəliyinizi üzünüzdən oxuyun - FOTO

Xəstəliyinizi üzünüzdən oxuyun - FOTO
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.