Qış Ayları Üçün 9 Fərqli Kombin Təklifləri
Soyuq və qarlı qış günlərinin qapımızı yenidən çaldığı bu günlərdə şıqlığınızdan vaz keçməyin. Və Feat.Az-ın sizin üçün araşdırdığı kombinlərə bir göz atın!
Bomber Jaketlər
Üstlərindəki işləmələr, bəzəkli sancaqlarla diqqət çəkən bomber jaketləri mini donlar və ya qumaş şalvarlarla kombin edə bilərsiniz.
"Sürüşkən" donlar
Çox istifadə etməyə vərdiş etmədiyimiz don modelləri arasında saya bilərik. İncə asqılı bu donlar qalın kardiqan və ya sviterlərlə cütləşdirməklə küçə modasına uyğun tərz yarada bilərsiniz.
Hörmə donlar
Mümkünsə, özünüzün hazırladığınız və ya ana-nənə əlindən çıxmış hörüklü donlar ilə diz üstü botların birlikdəliyi ilin ən populyar kombinlərindən biridir.
Boğazlı Sviterlər
Qış aylarında isti saxlayacaq boğazlı sviterlər olmadan qış stili olmaz. Özəlliklə uzun modellərinin sviter olaraq istifadə edilə bilinməsi, diz üstü botlar ilə kombin edilmələri alternativli kombin yaratmaları, onları modası əsla keçməyəcəklər arasında saxlayır.
Qısa paça şalvarlar
Qısa paça geniş şalvarların 2015 yay aylarından başlayan trendliyi 2017 modası içində də davam edir.
Plush Montlar
İspanyol paça cinsin üzərinə geyəcəyiniz plush jaket isə kombininizə xoş bir hava qatacaq.
Çiyni açıq üst geyimləri
Bütün diqqətləri vücudun üst bölgəsinə çəkmək istəyənlərin ən çox tərcih etməsi lazım olan üst geyimləri bunlardır. Sdəcə bluzlarda deyil, qışın sviter modelləri üçün də çiyni açıq və ya çiyin dekoltəsi olan üstləri istifadə edə bilərsiniz.
Kəmərlər
Jaket üstünə, sviter üstünə, don üstünə... Özəlliklə qalın və diqqət çəkici kəmərlər qış üçün stil təklifləri içində ən önəmlilərindən biridir.
Diqqət Çəkici Çantalar
Özəlliklə əl çantalarındakı diqqət çəkici rənglər, yazılar yenə onları populyar aksessuarlardan biri edir.