Fahriye Evcenin 50 minlik nişan üzüyü - Fotolar

11 Şubat 2017
2 530
0
Fahriye Evcenin 50 minlik nişan üzüyü - Fotolar
Aktyor Burak Özçivit dünən sevgilisi aktrisa Fahriye Evcenlə birgə İstanbulun Arnavutköy səmtində görüntülənib.

Feat.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisanın barmağındakı nişan üzüyü diqqətdən yayınmayıb. Üzüyün dəyərinin 50 min lirə (təxminən 25 min manat) olduğu öyrənilib.

Burak "Kara sevda", Fahriye isə "Ölene kadar" serialında rol aldığı üçün cütlük tez-tez görüşə bilmədiklərini deyib:

"İstirahət günlərimiz fərqlidir. İki ay sonra ilk dəfə görüşdük. Görüş bir də toyda olacaq yəqin. İşlərin çoxluğuna görə evlilik planlarını da qura bilmirik".

Jurnalistlərin iranlı model Mahlağa Cabari ilə bağlı suallarına isə o, "Nə önəmli məsələ imiş" deyib və yayılan xəbərləri ciddiyə almadığını bildirib.

Qeyd edək ki, bir müddət öncə iranlı model M.Cabari "Instagram"da B.Özçivitə şərh yazmış, F.Evcenin onu qısqandığı barəsində xəbərlər yayılmışdı.

Fahriye Evcenin 50 minlik nişan üzüyü - Fotolar

Fahriye Evcenin 50 minlik nişan üzüyü - Fotolar

Fahriye Evcenin 50 minlik nişan üzüyü - Fotolar

Fahriye Evcenin 50 minlik nişan üzüyü - Fotolar

axsam.az
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.