Mövsümün plaş dəbi – FOTOLAR

Mövsümün plaş dəbi – FOTOLAR
Moda həvəskarları bu gün yaz qarderoblarını əfsanəvi retro elementi - plaşlar olmadan təsəvvür edə bilmir.

Alicənablığı və eleqantlığı simvolizə edən klassik bej plaşlar heç vaxt dəbdən düşmür. Odur ki, plaşlar hər bir qızın qarderobunun ən yaxşı sərmayəsi hesab olunur. Çünki plaş sizi istənilən vəziyyətdən xilas etmək gücünə malikdir. Sual yarana bilər ki, necə? Gündüz cinslə, gecə isə kokteyl donlarla və yubkalarla çox yaxşı uzlaşır.

Bej plaşlar hər zamankı kimi bu il dəbdə olmağa davam edir. Lakin qeyd etmək lazımdır ki, universal, klassik plaşlar çərçivədən çıxıb. Dizaynerlər plaşları artıq daha fərqli formada, materialda və rənglərdə təqdim edir. Bununla belə zövqünüzə görə xaki, qara, mavi, tünd göy, bəyaz və digər rəngləri seçə bilərsiniz.

Dünyanın ən məşhur modapərəstləri plaşları ipək yaylıqlarla birləşdirərək aktual retrosayağı obrazlar yaradır. Nümunə üçün bir neçə fotolar təqdim edirik.


Mövsümün plaş dəbi – FOTOLAR



























Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET