Prezidentin qızının yarı çılpaq görüntüləri ÖLKƏNİ BİR BİRİNƏ QATDI-FOTOLAR

14 aprel 2017
2 637
0
Prezidentin qızının yarı çılpaq görüntüləri ÖLKƏNİ BİR BİRİNƏ QATDI-FOTOLAR
Prezidentin qızının yarı çılpaq görüntüləri ÖLKƏNİ BİR BİRİNƏ QATDI-FOTOLAR

Qırğızıstan prezidentinin qızının fotoları ölkəni bir-birinə qatıb.

Qırğızıstan prezidentinin qızı Aliyə Şaqiyeva uşağını əmizdirən yerdə çəkilmiş fotosunu instaqramda paylaşıb. Sosial şəbəkə istifadəçiləri prezident qızının bu hərəkətinə bərk qəzəblənib. Bir qrup onu intim xarakterli foto paylaşmaqda ittiham edib, digər qrup isə şəklini bəyəndiyini qeyd edib.

Buna cavab olaraq Aliyə dünən axşam daha açıq foto paylaşıb və yazılanlara münasibət bildirib. Prezident qızının statusunu olduğu kimi təqdim edirik.
"Birinci səhv: qadın sinəsinin cinsəlləşdirilməsi.

İkinci səhv: valideynləri yüksək vəzifədə çalışan insanlar arasında ayrı-seçkilik.

Qadın sinəsi - bədəninin mühüm funksiyası (uşağı bəslənmək) olan bir hissəsidir, heç cür seks obyekti deyil. Qadın sinəsi bizim çoxumuzun hesab etdiyi kimi kobudluq və ədəbsizlik mövzusu ola bilməz. Artıq çoxdandır ki, insanlar onun əsl yaradılma səbəbi barədə unudub və kişilərin göz məmnuniyyəti predmetinə çeviriblər.

Cəmiyyət qadın sinəsini cəlbedicilik və seksuallıq predmetinə çevirir, sonra isə sinəsini böyütmək üçün plastik cərrahiyyə üçün müraciət edən qadınları pisləyir.
Cəmiyyət qadın sinəsini qürur və seksuallıq predmetinə çevirir, sonra isə sinəsi ilə övlad böyütmək iqtidarında olanları toyuq adlandırır.

Cəmiyyət deyir ki, analıq gözəldir, amma uşağına süd verən qadın görəndə “Fu, utanmır” deyir. Qəribədir, deyilmi?

Körpəm acanda mən istənilən yerdə sinəmi açıb ona süd verəcəyəm. İstər ictimai parkda, istər ticarət mərkəzində, maşın salonunda və ya skamyada fərqi yoxdur. Mən uşaqlarını rahatlıqla əmizdirə bilməyən analar üçün örnək olacaq, hansı ki, köhnə patriarxal cəmiyyətin dar çərçivələrinə sıxışdırılıblar".
Xatırladaq ki, Aliyə Şaqiyeva ötən ilin sentyabrında əslən rusiyalı olan proqramçını Konstantin Ryazanovla ailə qurub. Bu il martın 20-də onların Tahir adlı oğlulları anadan olub.
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Mən vidalaşmağı belə bacarmıram - Əlvida!
17:00
1

Mən vidalaşmağı belə bacarmıram - Əlvida!

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR
16:00
0

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR

Sevgilim Yazılı Şəkilləri 2019 (51)
15:00
109

Sevgilim Yazılı Şəkilləri 2019 (51)

Hibiskus - Məkkə gülü çayının FAYDALARI - SİYAHI
14:00
39

Hibiskus - Məkkə gülü çayının FAYDALARI - SİYAHI

Bürclər Haqqında Maraqlı Məlumatlar (576) - Fotolar
13:00
221

Bürclər Haqqında Maraqlı Məlumatlar (576) - Fotolar

Qoruyucu kremlərdən istifadə edərkən fəsil və dərinin tipi nəzərə alınmalıdır
12:00
36

Qoruyucu kremlərdən istifadə edərkən fəsil və dərinin tipi nəzərə alınmalıdır

Pudinqli Keks - Resepti
11:00
125

Pudinqli Keks - Resepti

Poçt Qutusu Yazılı Şəkilləri 2019 (1)
10:00
467

Poçt Qutusu Yazılı Şəkilləri 2019 (1)

Tarixdə Bu Gün - 17 Avqust
09:00
57

Tarixdə Bu Gün - 17 Avqust

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 531 İRƏLİ