Sidiyi saxladıqda orqanizmdə gedən DƏHŞƏTLİ PROSESLƏR - FOTOLAR

09 Mayıs 2022
2 938
0
Sidiyi saxladıqda orqanizmdə gedən DƏHŞƏTLİ PROSESLƏR - FOTOLAR
Sidiyi uzun müddət saxlamaq müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.

Feat.Az
xəbər verir ki, bu zaman toksinlər orqanizmdə toplanır və müəyyən vaxtdan sonra qana qarışmaq təhlükəsi yaranır.

Səfər edərkən və ya iş görüşlərində danışıqlar uzun müddət davam edəndə sidiyi saxlamaq üçün müqavimət göstərməyə məcbur oluruq. Ancaq bu vəziyyəti vərdiş halına gətirməklə səhhətimizi riskə atırıq. Sidiyi saxlamaq sağlamlığa bir çox mənfi təsirlər göstərir.

Sidik yolu infeksiyaları

Sidiyi saxladıqda orqanizmdə gedən DƏHŞƏTLİ PROSESLƏR - FOTOLAR

Əgər sidiyi mütəmadi olaraq uzun müddət saxlayırsınızsa, bu, asanlıqla sidik yoluna təsir edəcək bakterial infeksiyaya çevrilə bilər. Bunun səbəbi sidikdə çoxlu sayda mikrobların olmasıdır. Onlar sidik kisəsidə uzun müddət qaldıqda infeksiya ilə nəticələnir.

Kişilərdə prostat xərçəngi



Sidiyi saxlamaq vərdiş halına gətirmək kişilərdə prostat iltihaba, hətta prostat xərçənginə səbəb ola bilər.

Sistit


Əgər sidik bədəndən xaric olanda ağrı hiss edirsinizsə, bunun başlıca səbəbi sistitdir. Sidik-cinsiyyət sistemində ən çox rast gəlinən xəstəliklərindən biridir. Sistit sidik kisəsinin bakterial iltihabıdır. Normada sidik kisəsində sidikdə bakteriya olmur, amma sidiyi uzun müddət saxladıqda bakteriyalar əmələ gəlir və daxili çəpərlərin iltihablanması ilə başa çatır.

Qarında şişlik



Əgər sidik kisəsini vaxtında boşaltmasanız, gələcəkdə qarın bölgəsində səbəbini bilmədiyiniz şişlər əmələ gələcək. Bunu isə pəhriz və idman kimi məşğuliyyətlərlə yox etmək mümkün deyil.

Eyni zamanda sidiyi saxlamağı vərdiş halına gətirmək orqanizmdə müəyyən vaxtdan sonra ödəm yaranmasına gətirib çıxarır.

Sidik bədənə qayıdır



Sidiyi uzun müddət təxirə salmaq nəticəsində bədənə geri qayıdacaq. Bu cür halların tez-tez baş verməsi gələcəkdə ölümcül xəstəliklər və ciddi infeksion xəstəliklərin meydana gəlməsi ilə başa çata bilər. Odur ki, ehtitaylı olun.

Pis qoxu



Tualet vərdişinin olmaması pis qoxuya da səbəb ola bilər. Belə ki, sidiyi və ifrazatı uzun müddət saxlamaq stress və tərləmə ilə nəticələnir. Alimlər müəyyən edib ki, bu zaman toksinlər dəri üzərindəki məsamələr yolu ilə bayıra atılır. Nəticə etibarı ilə ətrafa bədəndən pis qoxular yayılmağa başlayır.
publika.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.