Görün bədəndəki ağrılar əslində nədən xəbər verirmiş - İNANILMAZ NƏZƏRİYYƏ - FOTOLAR

28 sentyabr 2017
1 930
1
Görün bədəndəki ağrılar əslində nədən xəbər verirmiş - İNANILMAZ NƏZƏRİYYƏ - FOTOLAR
İnsan bədəni yalnız xarici proseslərə deyil, həm də daxili amillərə qarşı həssas reaksiya verən ən mürəkkəb mexanizmdir. Amerikalı psixoloq Syuzen Babbel depressiyanın insan bədəninə ötürdüyü maraqlı siqnallar haqqında nəzəriyyə irəli sürüb.

Feat.Az sizə mütəxəssisin irəli sürdüyü nəzəriyyəni əyani şəkildə əks etdirən fotoları və bu kimi psixoloji problemlərdən qurtulmağın sadə yollarını təqdim edir:


Babbel hesab edir ki, dövrün bəlası olan depressiyalar sinir sisteminə uzun müddət ərzində kiçik siqnallar ötürərək müxtəlif faktorlardan funksional pozğunluq yaradır. Diskomfort və daxili ağrılar, həyəcan, qorxu, həll olunmamış məsələlər səbəbindən mövcud ola bilər. Xroniki ağrılar isə stressin və problemlərin emosional şəkildə simptomları hesab olunur ki, bu ağrıların konkret görünən səbəbi yoxdur.

Baş ağrıları

Görün bədəndəki ağrılar əslində nədən xəbər verirmiş - İNANILMAZ NƏZƏRİYYƏ - FOTOLAR

İstənilən halda baş ağrısı həddən artıq gərginlikdən yaranır. Gün ərzində əhəmiyyətsiz xırda problemlərin, əndişələrin gətirib çıxartdığı son nəticə güclü baş ağrılarıdır. Hər gün özünüz üçün qaydalı şəkildə istirahət vaxtı ayırın. Bir müddət özünüzü və xüsusilə beyninizi bütün problemlərdən uzaqlaşdırın. Bu rejimə riaəyət etməklə qısa müddət ərzində baş ağrılarından qurtulacaqsınız.

Boyun ağrıları



Boyun ağrıları bilavasitə insana diskomfort şərait yaşadır. Psixologiya bunu belə izah edir ki, biz kimisə bağışlamadığımız hallarda və ya hər hansı mövzuda ciddi məsuliyyətsizlik etdikdə bədən buna reaksiya verir. Boyun ağrıları simvolik ağrılar hesab edilir. Psixoloqlar insanın daim özünü müsbət enerjiyə kökləməsini tövsiyyə edir. Tez-tez xoş hadisələr haqqında düşünmək sizin sağlamlığınız üçün çox önəmlidir.

Çiyin ağrıları



Çiyinlərdə ağrılar yüksək emosional problemlər zamanı baş verir. Təzyiq altında olan insan emosialarını boğur və özünə qapanır. Belə olan halda əhəmiyyətli qərarlar qəbul edə bilmirik. Dostlarla öz problemlərinizi bölüşməyə cəhd edin. Dostlarınızın, yaxınlarınızın sizin problemlərinizin həllinə yönəlmiş qərarları çiyninizdən sanki yük götürəcək.

Kürəyin yuxarı hissəsinin ağrıları



Bu ağrılar əksər hallarda yaxınlarını itirmiş insanlarda müşahidə edilir. Emosional dəstəyin yoxluğu, yaxın insanların çatışmazlığı və s. Nə vaxt ki, insanlar şüuraltı özlərini sevilməyən və ya qiymətləndirilməyən hiss edir, bu zaman müxtəlif ağrılar meydana gəlir. Stressin yaratdığı ağrılardan tamamilə qurtulmaq üçün isə mütləq psixoloji dəstək almaq lazımdır. Çalışın özünüzə qapanmayın və özgüvən hissini qoruyun.

Kürəyin aşağı hissəsinin ağrıları



Əgər pul haqqında daim həyəcanlanıb, narahat oluruqsa, bu zaman müəyyən bel ağrıları baş qaldıra bilir. Bu mümkündür. Zəngin həyat hərisliyi heç vaxt insana dinclik vermir. Pul, maddiyyat insanların daim gərgin və stress altında olmasına səbəb olur. Nə qədər bayağı səslənsə də, xoşbəxtlik pulda deyil. Bunun fikri belə sizi psixoloji baxımdan sarsıda bilirsə, düşüncələri özünüzdən uzaqlaşdırın.

Dirsək ağrıları



Dirsəklərdə müşahidə edilən ağrılar inadkarlıqdan xəbər verir. Həyatda hər hansı bir problemə qarşı müqavimət göstərən insan psixologiyası simvolik olaraq özünü belə büruzə verir. İlkin ehtimallar hansısa bir əhəmiyyətli dəyişikliklərdən və ya şüuraltı həyatda nəyisə dəyişmək, yeniliklərə adaptasiya olmaq qorxusundan xəbər verir.

Əllərdə ağrılar



Güclü dostluğa ehtiyacı olan şəxsləri əllər psixoloji olaraq çox narahat edir. Əllər toxunaraq öz funksiyasını yerinə yetirir və insanlar hər zaman sədaqətə, dostluğa ehtiyac duyur. Əgər əlləriniz sızıldayırsa, bu ünsiyyətlə bağlı problemdən xəbər verir. Yeni dostlar əldə etməyə cəhd edin. Daha cəsarətli insanlarla ünsiyyət qurun.

Ombalarda ağrılar



Bu ağrılardan əziyyət çəkməmək üçün həyatın və rahatlığın əksinə getməyin. Rahat həyatla öz aranızda empati qurmağa çalışın. Heç nə və heç kəs mükəmməl deyil. Daimi müqavimət və üsyankar həyat tərzi ombalarda ağrını yarada bilər.

Dizlərdə ağrılar



Diz ağrıları çox güman ki, özünü daim güclü hesab edən insanların həqiqətlərlə üzləşməsi zamanı baş verir. Dünyanın bizim ətrafımızda fırlandığını düşünməyimiz yanlışdır. Ətrafa nəzər salın, siz planetdə tək deyilsiniz. Sizi əhatə edən dünyaya diqqətli baxın. Yardımlaşın. İctimaiyyətlə təmasda olun.

Baldır ağrıları



Bir növ şəxsi münasibətlərin təsirində simvolik ağrılar müşahidə edilir. Ağrılar güclü emosional yüklənmə, eşq, həyəcan, əzab, koredici qısqanclıq və bənzəri stress nəticəsində yarana bilir. Ətrafınızdakı insanlara etibar etməyi öyrənin. İnsanlara nəzarət etmək duyğusu, onları idarə etmək həvəsi sizə fayda verməz. Bunlardan imtina etmək lazımdır.

Topuq ağrıları



Özünü daim işinə, kariyerasına, ailəsinə və ya hər hansı bir mövzuya həsr edən insanlarda müşahidə olunur. Psixoloji cəhətdən insan özünə qarşı laqeyd yanaşır. Ətrafınıza göstərdiyiniz diqqəti bir az da özünüzə göstərin. Xəyallarınızın ardınca gedin.

Ayaq altlarında ağrılar



Syuzen Babbel ayaq altlarının ağrısının səbəbini məhz laqeydliklə əlaqələndirir. Sanki insan bədəni həyatın sonsuz yollarında addımlamaqdan imtina edir. Yorğunluq, həyat qorxusu şüuraltı bizi həyəcanlandırır və bu birbaşa simvolik ayaq altının bir sıra ağrılarına gətirib çıxarır. Nə zaman ki, insan bu hisslərdən uzaqlaşıb rahat düşüncələrə qapılır, bənzər ağrılar müşahidə olunmur. Həyatın bəxş etdiyi kiçik sevinclərə diqqət yetirin, onlarla kifayətlənməyə çalışın. Öz həyatınızı xoş xatirələrlə doldurun. Nə qədər ki, buna zamanınız var, kədərli xatirələrdən uzaqlaşın. Hər gün həyatda sevinc axtarın.

Həyatda hər şey insan beynində başlayır, insan beynində bitir. Psixologiyanızı qoruyun. Əks halda özünüzün özünüzə vurduğunuz zərərin qarşısına kimsə keçə bilməz.
brightside.com
RƏYLƏR
Gulumun-Nefesi
menim alnim agriyir gozumnen yas gelir(( disappointed_relieved
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Həyatımın Qadını Yazılı Şəkilləri 2019 (29)
21:00
607

Həyatımın Qadını Yazılı Şəkilləri 2019 (29)

24.08.2019 Gündəlik Bürclər (24 Avqust 2019 Günlük Bürclər)
20:00
1 506

24.08.2019 Gündəlik Bürclər (24 Avqust 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (240)
19:00
675

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (240)

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (317)
18:00
580

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (317)

Bu yağ süd vəzilərini anomal həddə böyüdür - DİQQƏT
17:00
142

Bu yağ süd vəzilərini anomal həddə böyüdür - DİQQƏT

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR
16:00
222

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR

Sevgilim Yazılı Şəkilləri 2019 (56)
15:00
648

Sevgilim Yazılı Şəkilləri 2019 (56)

Yaşıl lobyanın sağlamlığımıza MİSİLSİZ FAYDALARI
14:00
111

Yaşıl lobyanın sağlamlığımıza MİSİLSİZ FAYDALARI

Bürclər Haqqında Maraqlı Məlumatlar (581) - Fotolar
13:00
416

Bürclər Haqqında Maraqlı Məlumatlar (581) - Fotolar

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 531 İRƏLİ