Keçmişdən gələn trend: Bel çantaları

Keçmişdən gələn trend: Bel çantaları
Ağır qol çantalarından yorulmusunuzmu? Cool bir duruş və rahatlıq artıq ön plandadır. Günümüzün stil ikonaları tərəfindən istifadə edilməyə başlayan bel çantaları dəbə yeni yön verməyə hazırlaşır. Feat.Az seçdikləri bel çantası modelləri ilə stillərini yeniləyən məşhurlarla sizi tanış edir.



Kendall Jenner



Kendall Jenner bel çantalarını dünyaya yenidən tanıdan ad oldu. Keçən il onunla başlayan bu trend, özəlliklə seçim etdiyi bu Prada model ilə demək olar ki, bütünləşdi.


Keçmişdən gələn trend: Bel çantaları



Bella Hadid



Şıqlıq və rahatlığı eyni səviyyədə təmsil edən adların başında Hadidlərin kiçik bacısı, Bella Hadid gəlir. Bella ilk çıxdığından bəri bel çantalarının daimi müştərisidir. Qara rəngli bel çantaları isə əsas seçimidir.





Kaia Gerber


Bu adı qarşıda tez-tez eşidəcəksiniz. Cindy Crawfordun 17 yaşlı model qızı Kaia Gerber, küçə stili ilə tanınanlardan biridir. Gerber son zamanlarda demək olar ki, hər kombinini zəncirli, qara dəri bir bel çantası ilə tamamlayır.





Chiara Ferragni


Küçə stilinin kraliçası Chiara Ferragni, bu axımı Kendall Jennerin başlatdığını qəbul edir. Qarderobuna əlavə etdiyi bu klassik model ilə stilini tamamlamayı unutmur.





Ece Sükan



Stil ikonası deyildiyində dünyada Türkiyəni təmsil edən bəlkə də tək ad Ece Sükandır. Sükan, eleqant stilini seçdiyi bu qara, balaca bel çantası ilə rəngləndirməyi uyğun görüb.



lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.