Aparıcılar da avtomobil yarışına qatıldı – fotolar
ATV-nin aparıcıları İlkin Həsəni və Nicat Rəhimov Bakıda keçirilən Blancpain Sprint Series seriyasının final mərhələsi olan “Baku World Challenge-2014” üçüncü beynəlxalq yarışda iştirak ediblər.
Feat.az-ın məlumatına görə, aparıcılar yarışı izləməklə yanaşı avtomobili idarə edənlərin yanında əyləşiblər.
Fotolarını İnstaqramda paylaşan İlkin və Nicat “Bu adrenalini də yaşadıq” rəyini yazıblar.