2020-ci ilin Çanta Trendləri - FOTO

2020-ci ilin Çanta Trendləri - FOTO
Çanta demək olar ki, əksər insanın imtina edə bilməyəcəyi aksesuarlardan biridir. Geyimlərdə olduğu kimi, çantaların görünüşündə də hər il fərqlilik nümayiş olunur. Hər bir qadının sahib olmaq istədiyi lüks çantaların naxışlarında və modellərində fəsillərə görə dəyişiklik olur.

Feat.Az
Türkiyə mətbuatına istinadən 2020-ci ildə dəbdə olacaq lüks çantaları təqdim edir:

“Chanel 19”

“Chanel 19” çantası, keçən ilin sonunda buraxıldığı üçün 2019 üçün xüsusi çanta trendi adlandırıla bilər. Amma bu çanta 2020-ci ilin trendi üçün hazırlanıb. Çanta moda evinin klassik 2.55 çantasının yeni versiyasıdır.

2020-ci ilin Çanta Trendləri - FOTO


“Bottega Veneta”

“Bottega Veneta” 2019-cu ildə ən nüfuzlu marka idi. Hazırladığı dəbli aksesuarlarla bu il də trend olacağı dəqiqdir. Hansının daha çox dəbdə olacağı dəqiq bilinməsə də, dəri və kəmərlə hazırlanan “Jodie” çiyin çantasının trend olacağı iddia edilir.



“Gucci 1955”


“Gucci'nin 1955 horsebit adlı çantası markanın ruhunu əks etdirməyə davam edir. Moda evinin imza loqotipindən istifadə edərək, əsl "vintage" hissi yaradır.



“Celine”

Triomphe, “Celine” loqosunu yenidən gündəmə gətirən yeni bir çantadır. Ancelina Coli və Lusi Boynton da daxil olmaqla, bir çox məşhurlar artıq bu çantaya üstünlük verirlər.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.