Düşmən Gəncəyə raket atıb, 7 dinc sakin həlak olub, 28 nəfər yaralanıb - FOTO + VİDEO

11 Ekim 2020
855
0
Düşmən Gəncəyə raket atıb, 7 dinc sakin həlak olub, 28 nəfər yaralanıb - FOTO + VİDEO
Ermənistanın silahlı qüvvələri Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket atəşinə tutub.

Feat.Az bildirir ki, “Report”un Qərb Mərkəzinin verdiyi məlumata görə, Gəncə şəhərinə atılmış raketlərdən biri mülki şəxslərin yaşadığı yaşayış binalarına düşüb.

Nəticədə 7 nəfər həlak olub, 28 nəfər yaralanıb, infrastruktura külli miqdarda ziyan dəyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Təcili Tibbi Yardım Briqadası cəlb olunub. Hazırda dağıntılar altında qalan insanların çıxarılması tədbirləri davam edir.



Düşmən Gəncəyə raket atıb, 7 dinc sakin həlak olub, 28 nəfər yaralanıb - FOTO + VİDEO





Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.