Şortikdə şəkil çəkdirən azərbaycanlı jurnalist işsiz qaldı - FOTO

24 Ağustos 2014
2 416
0
Şortikdə şəkil çəkdirən azərbaycanlı jurnalist işsiz qaldı - FOTO
Şortikdə şəkil çəkdirən azərbaycanlı jurnalist işsiz qaldı - FOTO


“Rəhbərlik öz səlahiyyətlərini aşıb”.

Bu günlərdə Azvision.az saytının “Miss-Media” layihəsi çərçivəsində bu saytda fotosessiyam dərc olunduqdan və onun sosial şəbəkələrdə müzakirəsindən sonra çalışdığım İnterAz internet televiziyasının (www.interaztv.com saytı) rəhbərliyinin mənə olan münasibətinin dəyişməsinin şahidi oldum.

Xüsusilə də sosial şəbəkələrdəki müzakirələr çalışdığım media qurumunun rəhbərliyində narahatlığın bir qədər də artmasına səbəb oldu. Bu narahatlığın əsas səbəbi kimi də İnterAz-da redaktor vəzifəsində çalışan bir xanımın şortikdə foto çəkdirmək haqqına malik olması idi.

bu sözləri fotosessiyasına görə redaktor vəzifəsində çalışdığı interaztv.com saytında təzyiqlərə məruz qalan jurnalist Fatimə İbrahimova bildirib.

İşlədiyi media qurumunda dini mühitə üstünlük verildiyini diqqətə çatdıran xanım jurnalist bildirib ki, rəhbərlik öz səlahiyyətlərini aşıb:

“Fotolarda xüsusi açıq-saçıqlıq olmasa da, rəhbərlik tərəfindən diqqətimə çatdırıldı ki, bu, İnterAz redaktoru üçün yolverilməz haldır.

Belə görünür ki, dindar əməkdaşlara və qurumda dini mühitə xüsusi üstünlük verilən media qurumunda “açıq-saçıq” foto çəkdirən əməkdaşın olması, üstəlik də redaktor vəzifəsində çalışması qəbul edilə bilmədi.

Halbuki, redaktor vəzifəsini tutmaq təklifi mənə İnterAz-dan gəlmişdi və bu vəzifəyə də qurum rəhbərliyinin qərarı ilə təyin olunmuşdum.

Lakin fotosessiya dərc olunduqdan sonra, yuxarıda göstərdiyim səbəblərdən qurum rəhbərliyi səlahiyyət həddini aşaraq və heç bir müvafiq qərar olmadan Azvision.az saytına bildirib ki, guya mən bu sayta redaktor vəzifəsində çalışmağım barədə yanlış məlumat vermişəm və beləliklə də Azvision.az-da “redaktor” sözünün “əməkdaşla” əvəzlənməsinə müvəffəq olub.

Bu azmış kimi, İnterAz-ın öz saytında da heç bir qərar və əsas olmadan eyni düzəliş edilib. Nəticədə mən faktiki olaraq tutduğum vəzifə barədə yalan məlumat vermiş şəxs kimi təqdim edilmişəm, halbuki, mənim İnterAz-da redaktor vəzifəsində çalışmağım barədə qurumun rəsmi saytında düzəlişdən əvvəlki məlumatın fotosübutu mövcuddur ki, onu da diqqətinizə çatdırıram.

Yaranmış etimadsızlıqla, sayğısızlıqla və vətəndaş hüququmu kobud şəkildə məhdudlaşdırmaq cəhdilə razılaşmayaraq və bu hadisədən sonra İnterAz-da istənilən statusda çalışmağı qeyri-mümkün sayaraq, bu qurumu tərk etmək qərarına gəldim. Eyni zamanda, fotosessiyanı dərc etməklə bəzi insanların mənə olan əsl münasibətinin açılmasında yardımçı olduğuna görə Azvision.az saytına təşəkkür edirəm”.

Qeyd edək ki, Fatimə İbrahimova 1993-cü il dekabrın 21-də Bakıda doğulub. Orta təhsilini 276 saylı orta məktəbdə alıb. 2009-2010-cu dərs ilində məktəblilərin fənn olimpiadasında Riyaziyyat üzrə Bakı şəhər birincisi olub. Hazırda Taras Şevçenko adına Kiyev Milli Universitetində təhsilini davam etdirir.





Redaktə etdi: .::CuPPuLu::.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.