Kiçikləri sevməsəydik, böyüklərə hörmət etməsəydik, dünyada nə baş verərdi?

19 Ocak 2015
5 971
0

Hər halda bu duyğular olmasaydı, yer üzündə nə xoşbəxt və qayğısız həyatdan, nə də səmimiyyətdən söhbət gedə bilərdi. Kiçiklərə sevgi dedikdə, yalnız öz övladlarımıza duyduğumuz hissləri başa düşməməliyik. Ətrafımızdakı bütün uşaqları sevgimizlə əhatəyə almalıyıq.

Kiçikləri sevməsəydik, böyüklərə hörmət etməsəydik, dünyada nə baş verərdi?

Ətrafımızdakı bütün uşaqları sevgimizlə əhatəyə almalıyıq.
Gəlin, küçələrdə ayaqyalın, köhnə və kirli paltarlar içində olan, onun-bunun avtomobilini, ayaqqabılarını təmizləyərək çörəkpulu qazanmağa çalışan, eləcə də uşaq evlərində, internat məktəblərində atasız-anasız böyüyən uşaqları düşünək.
Belələri ilə hər gün rastlaşırıq, bəlkə də, onları görəndə üzümüzü yana çeviririk. Halbuki ən çox sevgiyə, gülər üzə, xoş sözə ehtiyacı olanlar onlardır

Kiçikləri sevməsəydik, böyüklərə hörmət etməsəydik, dünyada nə baş verərdi?

Bütün bunları nəzəri olaraq hamımız bilirik. Ancaq nədənsə, bu sevgini onlara göstərməkdən qaçırıq: bilərək və ya bilməyərək...
Küçələrdə gördüyümüz o uşaqları gələcəkdə sağlamlığımızın qayğısına qalacaq həkim, gəncliyimizi yetişdirəcək müəllim, binalarımızı tikəcək mühəndis, ən əsası isə sözün əsl mənasında layiqli vətəndaş kimi görməliyik. Əgər onlara bu gözlə baxmasaq, onlar həkim, müəllim və ya mühəndis deyil, insanlara zərər verən təhlükə mənbəyi olaraq qalacaqlar. Onları bu bataqlıqdan qurtarmağın yolu sevgimizi onlardan əsirgəməməkdir.Əgər bu gün cəmiyyətdə oğru, yalançı, böhtançı, qatil varsa, bunda hamımız günahkarıq. Onlar bir vaxtlar sevgimizi əsirgədiyimiz uşaqlardır

Kiçikləri sevməsəydik, böyüklərə hörmət etməsəydik, dünyada nə baş verərdi?

Təbii ki, bu məsələdə ən böyük məsuliyyət onları yetişdirən ailələrin üzərinə düşür. Ancaq cəmiyyətin də geniş anlamda bir ailə olduğunu düşünsək, hər birimizin bu məsuliyyətdə payı olduğunu anlayarıq.
“Can deməklə candan can əskik olmaz”, - deyib babalarımız...
Əksəriyyətimizin cibində 20 qəpik pulumuz var. Bizim üçün bu pul böyük dəyər ifadə etməyə bilər, ancaq bu pula bir konfet alıb tanımadığımız bir uşağa uzatsaq, onun başını sığallasaq, sevgi ilə üzünə gülümsəsək, onda bu 20 qəpik çox böyük dəyər qazanar: həm bizim üçün, həm o uşaq üçün...
Bütün bunlar kiçiklər qarşısındakı məsuliyyətimizdir

Kiçikləri sevməsəydik, böyüklərə hörmət etməsəydik, dünyada nə baş verərdi?

Bütün bunlar kiçiklər qarşısındakı məsuliyyətimizdir. Bir də, böyüklərlə birlikdə yaşayırıq, onlara qarşı da müəyyən məsuliyyətimiz var. Deyirlər: “Qoca və uşaq olmayan yerdə xeyir-bərəkət də olmaz”. Qocalar da uşaq kimi qayğıya möhtacdırlar. Yaşları artdıqca addımları yavaşıyır, əlləri əsir, saçları tökülür, ən zəruri ehtiyaclarını belə, təkbaşına ödəyə bilməyəcəkləri bir səviyyəyə gəlib çatırlar. Məhz bu məqamda onların qayğıya ehtiyacları var.
Təəssüflər olsun ki, qayğıya ehtiyac duyduqları bu məqamda ata-analarını qocalar evinə tərk edənlər də olur. Utanmadan: “Cavanlığımı bu qocalara xidmət etməklə keçirə bilmərəm”, - deyə özlərinə bəraət qazandırmağa çalışırlar. Belə övladların qurduqları ailədə necə bərəkət ola bilər?
“Qocalara hörmət elə, sən də qocalacaqsan”. Heç kim qocalıqdan sığortalanmayıb. Sabah biz də qocalacağıq. Bu günümüzü elə yaşayaq ki, sabah bizim də kiçiklərdən hörmət ummağa üzümüz olsun...

Kiçikləri sevməsəydik, böyüklərə hörmət etməsəydik, dünyada nə baş verərdi?

R.T.Zemichka
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.