Qurbana Çevrilmiş Körpənin Dəhşət Saçan Hekayəti

Qurbana Çevrilmiş Körpənin Dəhşət Saçan Hekayəti

Ürəyi zəif olan şəxslərdən kadrlara və fotoya baxmamağı xahiş olunur.
Bu günə qədər yaxın qohumluq nikahı nəticəsində xəstə uşaqların dünyaya gəlməsi barədə kifayət qədər faktlarla üzləşmişik. Elə əsərimizin “qəhrəmanı” olan körpə Emin də mövcud bəlanın qurbanlarındandır. Ümid dolu baxışları və şirin gülüşləri ilə ətrafa baxan məsum əslində baş verənlərdən xəbərsizdir.

Dünyaya xəstəliklə göz açmağı az deyilmiş kimi, hələ üstəlik öz doğmaları tərəfindən də tərk edilib. Səbəb isə vaxtı ilə ata və anasının heç bir tibbi rəy almadan qohum nikahına daxil olmasıdır. Doğulduğu 1 il ərzində gəzmədiyi xəstəxana, görmədiyi həkim yoxdur desək yanılmarıq. Valideyn qayğısından, dünya işığından məhrum olan bu balaca indi tibb bacılarının ümüdinə qalıb. Bədənin yarı hissəsi yara tökən və günü-gündən halı pisləşən balaca Emində hətta valideynləri belə imtina edib.

Əldə etdiyimiz məlumatlara görə, Emin ailənin ikinci övladıdır. Məsuliyyət hissindən məhrum valideynləri bundan öncəki uşaqlarını da eyni xəstəlik diaqnozu ilə dünyaya gətirmiş və xəstəxana ümidinə qoyaraq onu tərk ediblər. Lakin Emildən fərqli olaraq, həmin balaca xəstəliyə və ona qarşı laqeydliyə tab gətirməyərək dünyasını dəyişib.

Baş verənlərlə bağlı Eminin saxlandığı 3 saylı uşaq dəri-zöhrəvi dispanseri ilə əlaqə saxladıq. AzadXeber.az-a açıqlama verən dispanserin baş həkimi Gülnarə xanım bildirdi ki, bu cür xəstəliklər adətən qohumluq nikahı nəticəsində meydana gəlir və heç bir müalicəsi də yoxdur.

Qurumdan onu da söylədilər ki, Emin 1 il Qara Qarayev adına xəstəxanasında saxlanıldıqdan sonra hazırda dispanserə göndərilib: “Hazırda dispanserin tibbi bacıları tərəfindən Eminə müəyyən formada yardım etməyə çalışırlar. Lakin bu cür xəstələr üçün xüsusi yerlərin ayrılmasına ehtiyac var. Biz dispanser olaraq Emini uzun müddətli burada saxlaya bilmərik. Onun xəstəliyi keçici olmadığı üçün uşaq evlərindən birinə köçürülərək orada onu ayrıca otaqda yerləşdirə bilərlər. “

Qeyd edək ki, balaca Eminin taleyinə aydınlıq gətirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin bir neçə nömrəsinə davamlı olaraq zəng etməyimizə baxmayaraq telefon zənglərimiz. Hər bir halda məsələni gündəmdə saxlamağa çalışacağıq.

Qurbana Çevrilmiş Körpənin Dəhşət Saçan Hekayəti

Qurbana Çevrilmiş Körpənin Dəhşət Saçan Hekayəti



EdiT By: Bash _BeLasi ッ

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.