ALLAHın gözəL adLarı 2-ci HisSə

12 Mart 2015
4 146
0
ALLAHın gözəL adLarı 2-ci HisSə
ALLAHın gözəL adLarı 2-ci HisSə

ƏL-ƏZİZ Ya Əziz!
İzzət Sənindir və Səndəndir İzzət. Sən istəsən kimsə zillətə düşməz, Sən verməsən heç kimdə izzət qalmaz. Qəlbim yalnız Sənə yönəlir, yaxınlığınla əziz et qəlbimi. Ruhum yalnız səni axtarır, hüzurunla əziz et ruhumu! Mənim halım və vəziyyətim yalnız sənə aşkardır, başqalarının yanında rəzil etmə məni!
ƏL-CABBAR Ya Cabbar!
Sənki məğrurları qürurlarına əsir edərsən, Sənki təkəbbürlük göstərənlərin boynuna təkəbbürlüklərini bir yük edərsən. Sən, zorluq edib zülm edənləri, öz vicdanlarının pəncəsinə həbs edərsən, bir milçəyin vasitəsilə Nəmrudlardan qurtar məni! Bir vasitəçi göndər, fironlardan qurtar məni! Əbabilləri göndər, məni Əbrəhaların fillərindən qurtar! Nəfsimin məni zorlamasına izin vermə! Ağlımın məni azdırmasın keçid vermə! Həmişə itaətçi olaraq sabit saxla məni!
ƏL-ĞAFFAR Ya Ğaffar!
Gizli peşmanlıqlarımı bilən Sənsən, göz yaşlarıma dəyər verən Sənsən, amma bilirəmki rəhmət dənizlərini bulandıra bilməz günahlarım. Rəhmətinlə bağışla məni.
ƏL-VAHHAB Ya Vahhab!
Yoxluğa sırf yox olduğu üçün varlıq bəxş etmisən. Nankorların belə, ruzisini kəsməzsən. İnkar edənlərə belə, nəfəs verərsən. Varlığım Sənin lütfündür, Sənin ehsanındır. Aciz varlığıma lütfünü, ehsanını daim et!
ƏL-RƏZZAQ Ya Rəzzaq!
Xəzinəndə yox deyilən şey yoxdur. Ol deyərsən, hər şey olar. Yaratdığın hər canlının ruzisi sənin qatında saxlıdır. Vəhyin mömin qəlblərin, səlim ağılların ruzisidir. Ya Rəbbi, sənə möhtac olmaq ən böyük zənginliyimdir, Sənin fəqirin et məni! Sənin verdiyinlə doymaq ən böyük ləzzətdir, süfrəndən ayırma məni!
ƏL-FƏTTAH Ya Fəttah! !
Damla qədər də olsa savabıma görə lütf et və Cənnətinin qapılarını aç üzümə! Yolumu azsam da Kərim olaraq Sənə gələn yolları aç üzümə!
ƏL-ALİM
Ya Alim!
Sənin üçün bilmənin və elmin başlanğıcı yoxdur, mən isə ancaq sonradan bilərəm. Sənin bilmədiyin bir an yoxdur, mən isə bəzən bilərəm. Sən açıb söylədiklərimi də bilirsən, içimdə gizlədib demədiklərimi də bilirsən, unudub özümdən gizlətdiklərimi də bilirsən. Öz quyularıma ağlımın iplərini sallaram, amma özümə ağıl verməz. Sən məni məndən çox tanıyırsan. Qəlbimin quyularında dolaşıram, özüm özümə yetmirəm. Sən mənə məndən çox sirdaşsan. Bildiyimi bilənlərdən et məni, bilmədiyimi bilənlərdən et məni! Sənə məlum olan ayıb və qüsurlarımla utandırma məni!
ƏL-QABID, ƏL-BASİT
Ya Qabid, Ya Basit!
Genişlik verərkən şükr etməyən kimsəni, dara salarsan. Dara düşəndə də şükr edən kimsəyə genişlik verərsən, təqdir Sənindir! Ya Rəbbi, Sənki imkansız olan şeyi mümkün edərsən, darda qoyma məni, dara düşdüyümdə belə şükr edənlərdən et məni!
ƏL-HAFİZ Ya Hafiz!
Elə Hafizsənki, yoxluğa yuvarlarsan varlığı ilə qürura düşəni. Elə Hafizsənki, zillətə düşürərsən özünü ucaldanı. Qürurdan azad et nəfsimi, zillətə düşürmə məni!






RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.