Ayda 21 dəfə orqazm olan kişi... - ARAŞDIRMA

31 Aralık 2017
2 278
0
Ayda 21 dəfə orqazm olan kişi... - ARAŞDIRMA
Daha xoşbəxt, sağlam və uzun həyat yaşamaq hər kəsin arzusudur. Elmi araşdırmalar bu işdə kişilərin köməyinə çatıb. Belə ki, bəzi davranışları hər gün etməklə kişilər ömürlərini 10 il uzada bilərlər. Feat.Az həmin vərdişlərlə sizi tanış edir.

Oyun oynamaq

Amerikalı neyroloq Riçard Haier 1990-cı ildə “Tetris” oynayan kişilər üzərində araşdırma aparıb. Nəticələr göstərib ki, bu cür oyunlar serebral beyin qabığına təsir edir və daha sağlam sinir sisteminə sahib olmağa kömək olur. Kompüter oyunlarından xoşunuz gəlirsə, bu, möcüzəvi bir bəhanədir!

Pelvik döşəmə məşqləri

Qadınlar üçün olan pelvik döşəmə (kegel) məşqləri müasir dövrdə daha çox dəbdir. Kişilərin də bu məşqi etməsi daha böyük faydalar təmin edir. Arzuedilən seks həyatı və prostatla bağlı xəstəliklərdən qorunmanın ən yaxşı yollarından biri olduğu deyilən pelvik döşəmə məşqləri hər kəsin hər gün edə biləcəyi asan bir məşq növüdür.

Pelvik döşəmə əzələlərinizi işlətmək üçün bu sadə hərəkəti etməyiniz kifayətdir: sidiyinizi tutarkən istifadə etdiyiniz əzələləri müəyyən aralıqlarla sıxıb buraxmanız yetər. Mütəxəssislər təklif edir ki, bu məşqi nizamlı şəkildə hər gün edən kişilər ereksiya olmamaq, erkən boşalma kimi problemlərin öhdəsindən gəlir və prostat xəstəliyinə tutulma riski də azalır.

Əl sıxmaq

Əl sıxmaq yalnız səmimiyyətinizi və özgüvəninizi ifadə edən bir davranış deyil. Eyni zamanda sağlamlığınız üçün də əhəmiyyətlidir. 2012-ci ildə İllinois Universitetində aparılan araşdırmada ortaya çıxıb ki, əl sıxmaq beynin bəzi hissələrinə təsir edərək, rahatlıq, xoşbəxtlik hissləri bəxş edir.

Qırmızı geyinmək

2010-cu ildə İngiltərə, Almaniya, Çin və Amerikadan olan mütəxəssislər birlikdə araşdırma aparıblar. İllərdir çağırış simvolu olaraq qəbul edilən qırmızı rəngin eyni zamanda kişinin dominantlığını da təmsil edən bir rəng olduğu məlumdur. Bu araşdırmanın nəticəsinə görə, qadınlar geyimində qırmızı rəng olan kişiləri digərlərinə nisbətən daha seksual hesab edirlər.

Tez-tez fasilə vermək

Sizə “tənbəl” deyənlərə fikir verməyin. Elm sizə bol istirahətli iş təklif edir. Yenə İllinois Universitetinin bir qrup tədqiqatçı-alimi iki qrup üzərində araşdırma aparıb. Sübut olunub ki, daha tez-tez fasilə verən kişilər daha çox yaxşı performans nümayiş etdirir. Bir mövzu üzərində uzun müddət müzakirə isə performansı aşağı salır. İşinizə bir az ara verib qısa gəzişin. Bir az hərəkət etmək daha sağlam düşünmənizə və özünüzü fiziki olaraq daha yaxşı hiss etməyinizə kömək olacaq.

Saqqalınızı qırxın, amma tam təraş etməyin

İngiltərə universitetlərindən birinin araşdırmasına görə, qadınlar saqqallı kişilərin daha yaxşı ailə başçısı, ata ola biləcəyini və digərlərindən daha seksual olduğunu düşünür. Hipster modasına uymamısınızsa, saqqalınızı uzatmanız üçün hələ vaxtınız var.

Gündəlik işlərlə məşğul olmaq

Daha yaxşı ata, daha xoşbəxt həyat yoldaşı olmaq üçün kişinin edə biləcəyi ən yaxşı şeylərdən biri gündəlik ev işlərinə laqeyd yanaşmamaqdır. 2014-cü ildə aparılan araşdırmalardan biri sübut edib ki, ev işləri görən ataların qızları ənənəvi olmayan işlərdə daha müvəffəqiyyətli olurlar, daha özünə inamlı böyüyürlər. Ev işlərinə qadının vəzifəsi olaraq görmək əvəzinə, ortaq həyatda paylaşılan məsuliyyətlər kimi baxsanız, ailə həyatınızın hər kəs üçün daha asan və rahat hala gəldiyini görəcəksiniz.

Zülal yemək

Yumurta, süd, qatıq, fıstıq və s. Öz zövqünüzə uyğun olaraq səhər yeməyində mütləq zülal tərkibli qidalardan bir neçəsini yeyin. Qidalanma professoru Donald Layman hər gün naharda 30 qram zülal qəbul olunmasını məsləhət görür.

Soyuq duş qəbul etmək

2008-ci ildə edilən aparılan araşdırmalardan biri sübut edib ki, hər gün soyuq duş qəbul etmək depressiyanın qarşısını alır. Sinir sisteminin müsbət hislsər bəxş edən hissəsinin oyanmasına səbəb olan soyuq su endorfin səviyyəsini yüksəldir.

Orqazm olmaq

Hər gün sekslə məşğul olmaq, əlbəttə, hər zaman mümkün deyil. Lakin Amerika Urologiya Birliyi uzun illərdir apardığı araşdırmanın nəticəsini açıqlayıb. Bu araşdırmaya görə, ayda 21 dəfə və ya daha çox orqazm olan kişilərin prostat xərçənginə tutulma riski 20 % az olur. Bununla yanaşı, orqazm əsnasında ifraz olunan oksitosin və DHEA hormonları digər xərçəng növlərinə qarşı da qoruyur və psixoloji olaraq da özünüzü daha yaxşı hiss etmənizi təmin edir.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.