Pomidor kişiləri ürək insultundan qoruyur
Qida zamanı mütəmadi olaraq pomidordan istifadə edilməsi kişilərdə ürək insultunun olması riskini xeyli aşağı salır. Finlandiya universitetinin alimlərinin apardığı araşdırma bunu deməyə əsas verir.
Araşdırma zamanı 46-65 yaşlarında olan mindən çox kişinin məlumatları araşdırılıb. Onların hamısı ürəyin işemik xəstəlikləri riskinin faktorlarının araşdırılması üzrə tədqiqatda iştirak edib. 12 ildən sonra onların məlumatları araşdırılan zaman məlum olub ki, onlardan 67 nəfər ən azı bir dəfə insult keçirib. Alimlər həmin insanların qanında likopinin həcmini ölçüb. Məlum olub ki, insult keçirənlərin əksəriyyətinin qanında likopin antioksidanın həcmi xeyli aşağı olub.