Kişilərdə dəmir çatışmazlığı xərçəngin simptomu ola bilər

09 Temmuz 2021
398
0
Kişi cinsinin nümayəndələrində dəmir çatışmazlığı anemiyası onkoloji xəstəliklərin simptomu ola bilər.

Feat.Az
bildirir ki, bu barədə rusiyalı məşhur aparıcı və həkim Aleksandr Myasnikov xəbərdarlıq edib.

O, qadınlardan fərqli olaraq kişilərdə qan itkisinin yalnız mədə-bağırsaq traktından zədələnmələrdən qaynaqlana biləcəyi üçün aşağı hemoqlobinli kişilərin dərhal həkimə müraciət etmələri lazım olduğunu vurğulayıb.

Myasnikov belə problemi olan kişiləri həmçinin qastroskopiya və kolonoskopiya etdirməyə çağırıb. Onun sözlərinə görə, bu xora, polip və ya xərçəng xəstəliyini vaxtında müəyyən etməyə imkan verər.
Mənbə:oxu.az
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.