Sevgi hekayəsi

21 Ocak 2015
3 640
0
Sevgi hekayəsi
Sevgi hekayəsi


Sakit, isti yay günlərindən biri idi. Onlar əl-ələ
tutub yolun qirağında gəzirdilər. Küçədə işıqlar,
maşınların səsləri və sərin külək var idi. Onlar bir
yerdə idilər və bir-birilərini sevirdilər.
Hərşey bir an içərisində baş verdi. İki maşın
toqquşaraq onları əzdi...Partlayış.... qız
bədənində dəhşətli ağrılar hiss etdi və səsini
çıxara bilmirdi. Oğlan da yaralanmışdı amma onun
kimi xəsarət almamışdı.
Xəstəxana...... Bu divarlar necə də oğlana ağır
gəlirdi. O, bir dəqiqə də olsun qızın başının
üstündən ayrılmırdı və onun ayılmağını gözləyirdi.
Bu dəfə otağa tibb bacısı daxil oldu. Oğlanı
yanına çağırdı və palatanı tərk etdilər.
O yaşayacaq hə? –oğlan soruşdu.
Tibb bacısı-Biz əlimizdən gələn hər şeyi edirik ki,
onu xilas edə bilək.
Mən sizə yalvarıram mənim ondan başqa heç
kimim yoxdur. Onu xilas edin.
Tibb bacısı: Söz verirəm ki, əlimdən gələn hər
şeyi edəcəm.
Oğlan göz yaşlarını silərək palataya qayıtdı. Bu
zaman qız başa düşdü ki, nəsə baş verir. Ancaq
özü də başa düşürdü ki, sağ qalmaq ehtimalı çox
azdır.
Bu zaman qız soruşdu:
Mənə deyin mən yaşayacam axı, mən müalicə
oluna biləcəm.
Tibb bacısı: Əlbəttə əzizim, biz əlimizdən gələn
hər şeyi edirik. Gözlərini aşağı saldı və otağı tərk
elədi....
Bu zaman sevgililər palatada yalnız qaldılar.
Qız dedi: Söz ver mənə nə olur-olsun sən xoşbəxt
olacaqsan mən bunu istiyirəm səndən!!!
Oğlan: Sən nə danışırsan! Sən elə mənim
xoşbəxtliyimsən, sənsiz mən yaşaya bilmərəm!!!
Söz ver mənə. Sən özün də bilirsən ki, vəziyyət
çox çətindi mən əmin olmaq istəyirəm söz ver....
(və qışqıraraq başdadı ağlamağa)
Yaxşı sənə söz vermirəm, ancaq çalışacam və o
da qızı qucaqlayaraq başdadı ağlamağa.
Axşam oldu. Qız artıq yuxuya getmişdi. Oğlan isə
hələ də onun yatağının yanında oturaraq ordan
tərpənmirdi.
Bu zaman qız yuxu görürdü hansı ki, anası onun
yuxusuna göylərdən gələrək dedi:
Qızım sabah axşam mən sənin dalınca gələcəm
və biz tamamilə başqa dünyaya gedəcəyik. O
dünyada sən ağrının nə olduğunu bilməyəcəksən
və sakit, rahat həyat yaşayacaqsan.
Nece? Artıq? Ancaq mən ora getmək istəmirəm!
Mən onu sevirəm! Mən onsuz qala bilmərəm!
Ana: Mən gəlmişdim səni xəbərdarlıq edim.
Bugün sənin sonuncu günündü onunla. Və ana
gədəndə sanki arxadan ağ qanadları açıldı və
mələk kimi uçdu getdi.
Səhər həmişəki kimi tibb bacısı gəldi, o analizlərin
cavabını gətirmişdi və cavablar da heç xoş
deyildi.
Bu zaman sevgililər yenə palatada yalnız qaldılar
və qız dedi Mən bu gecə öləcəm. . O inanmadı:
özünü divarlara çırparaq ağlamağa başladı: sən
ölə bilməzsən, sən sağalacaqsan, hərşey yaxşı
olacaq!!!
Xahiş edirəm bugün mənim son günümdü
yanımdan ayrılma, istəyirəm bütün günümü
səninlə keçirdim. Oğlan bilmirdi nə desin, nə etsin
sadəcə olaraq ağlayırdı, sanki ürəyi döyünmürdü.
Bu zaman o dedi: gəl gözəl günlərimizi yada
salaq, o xoş xatirələri və mən sadəcə olaraq səni
öpəcəm....
Sən xoşbəxt olmalısan sən mənə söz vermisən.
Ağlamayaq mənim son günümdə. İstəyirəm bu
günümü sevinc içərisində keçirim. Bütün günlərini
onlar bir yerdə keçirdilər. Amma artıq günəş
batmaq üzrə idi. Oğlanın gözlərindən yaş sel kimi
gedirdi....
- mən səni buraxa bilmərəm, səni itirmək
istəmirəm.
- Yəqinki belə olmali idi, belə daha düzgündü.
- Mən getsəm də, həmişə yanında olacam, sənə
işlərində kömək edəcəm, səni həmişə izləyəcəm.
Söz verirəm!!!
Birdən qızın pulsu dayandı. Və sanki ruhu
bədənindən ayrılaraq göylərə uçdu. Həkimlər tez
qaçaraq gəldilər, amma artıq gec idi Ürək
döyünmürdü.
Qız hiss elədi ki, kimsə onun əlindən tutdu-bu
onun anası idi. Xahiş edirəm ana bir neçə dəqiqə
də qoy qalım getmiyim.
- Qızım artıq vaxtdır biz getməliyik!!! Qız sonuncu
dəfə sevgilisinə baxdı. Sanki onda da anasında
olduğu kimi qanadları əmələ gəldi. Oğlan sanki
dəli kimi olmuşdu hələ də inana bilmirdi. Lakin
qız söz verdiyi kimi onu tərk etmədi. Onun ruhu
hər gün onun yanında idi və sanki onu izləyirdi. O
hər gün qızı düşünürdü: onu necə möhkəm
sevdiyini, necə öpdüyünü o xoş günlərini. Bir qış
gecəsi o pəncərənin şüşəsinə söykənərək bayıra
tamaşa edirdi. Onun isti nəfəsi şüşədə par
yaradırdı. Və sanki nəfəsi ilə şüşəyə yazırdı:
Mənə necə də sənsizlik ağırdı, hər şeyimi qurban
verərdim, yenidən səni görmək üçün, yenidən səni
qucaqlamaq üçün, ya məni də özünlə apar ya da
qayıt!!!
Birdən şüşənin əks tərəfində oğlanın adı yazıldı.
Bu o idi- sevgilisinin onu çağırdığını hiss edərək
dayana bilməmişdi. Oğlan uşaq kimi, sevinir,
qışqırırdi, bu ondan asılı deyildi.
Şüşənin əks tərəfində damcılar əmələ gəlirdi ki,
bu da qızın göz yaşını əks etdirirdi. Bu dünyanın
ən saf, ən təmiz sevgisi idi. Bunu sözlərlə başa
salmaq qeyri-mümkün idi, bunu hiss etmək lazım
idi. Sanki bu mələyin insana qarşı olan sevgisi idi.
Şüşədə kiçik naxışlar əmələ gəlməyə başladı ki,
bu da qızın gözəlliyini əks etdiridi. Həmin gözlər
idi ki, oğlan sonsuzacan baxmaq istəyirdi, həmin
dodaqlar idi ki, toxunmaq istəyirdi. Ancaq şüşəyə
toxunanda o yalnız buz kimi şüşəni hiss edirdi.
Nəyə görə dünya belə haqsız və qəddardır? Bir-
birini dəlicəsinə sevən bu iki gənc nəyə görə ayrı
qalmalı idilər. Artıq ALLAH da bu sevginin
təkbaşına mümkünsüzlüyü görürdü. O da oğlana
və qıza qarşı laqeyd qala bilmirdi. Baxmayaraq ki,
ALLAH buyurmuşdu: O qızın mələk olmasını
amma bunu bacara bilmədi. ALLAH qıza yeni
həyat verdi ki, onlar yenidən qovuşsunlar. Bu isə
belə oldu.
Bir səhər onlar həmişəki kimi, yenə birlikdə
yuxudan ayıldılar. Onlar heçnə yadlarına sala
bilmirdilər, hərşeyi unutmuşdular, bilirdilər ki, nəsə
baş verib amma xatırlaya bilmirdilər. Bu möcüzəni
ALLAH istəmişdi. Ancaq şüşədə onların adları par
şəklində qalmışdı, hansını ki, özləri yazmışdı.
İndiyənəcən də onlar bizlərin arasında yaşayırlar.
Əgər nə vaxtsa onların sevgisindən daha saf,
daha möhkəm, daha əbədi sevgi olarsa ALLAH da
onları mələyə çevirəcək!!!



Sevgi hekayəsi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.