Məhəbbət niyə qurtarır?

26 Ağustos 2014
2 939
0
Məhəbbət niyə qurtarır?
Məhəbbət niyə qurtarır?


Münasibətin başladığı ilkin vaxtlarda bir-birini dəlilər kimi sevən iki insanın sonradan bir-birinə qarşı niyə soyuduğunu və gözünə ancaq problemlərin görünməyə başladığının hamımız bəzən şahidi oluruq. Bəs sizcə problemlər nədən yaranmağa başlayır ? Bu nöqtəyə gəlməmək üçün cütlükdə hər iki tərəfə məsuliyyət düşür. Əgər məhəbbətinisin sonuna qədər davam etməsini istəyirsinizsə bəzi xırdalıqlara diqqət yetirməlisiniz.

Amerika statistikaçıları və araşdırmaçıları ikili münasibətləri rəqəmlərdə belə əks etdiriblər. Onlara görə məhəbbətin ömrü 3 ildir. Fərdlər arasındakı eynitərzli sex`in həzz müddəti 6 aydır. Sadə cinsi ehtirasın cəzbediciliyi isə 3 aydır. Onların fikrincə sonuna qədər davam edən insanlar arasındakı bağlılıqdır. Amma buda cəmisi 5 il çəkir. Rəqəmlər çox pessimist görünür. Amma bu statistic göstəricilər demək deyil ki, hamıda belə olur. Bu cəmi 35% lik bir qismə aiddir.
Bəs siz bu 35% içində olmamaq üçün nə etməlisiniz.


“Onsuzda mənimdir” düşüncəsindən uzaqlaşın.

Münasibətlərin əksəriyyətində ilk bir neçə ay keçdikdən sonra tərəflər artıq bir-birinə alışırlar. Bəzən bu alışqanlıq arxayınçılığa çevrilir və qarşı tərəfin xoşuna gəlmək cəhdləri bir müddətdən sonra tamam dayanır. “Onsuzda birlikdəyik və artıq o mənimdir” deyə fikirləşmək çox səhv bir düşüncə tərzidir. Münasibətinizi qorumaq istəyirsinizsə onu daim bir uşaq kimi fikirləşin. Uşağınıza bir meçə il baxıb sonra isə “Əşi onsuzda öz-özünə böyüyür” deyib məsuliyyəti boynunuzdan atmaq düzmü olardı? Sevginizə sahib çıxın, daim danışın. Öz münasibətiniz haqqında müzakirələr edin, bir-birinizə qarşı diqqətli olun, problemləri böyüyüb həll olunmaz hala gəlmədən öncə danıçaraq yoluna qoyun

Ona da məsuliyyət verin

Əgər qarşınızdakı insan yumşaq desək bir qədər “əhli kef”dirsə bu o demək deyil ki, bütün məsuliyyət sizin boynunuza düşür. Məhəbbət necə ki, başlayanda iki nəfərlik idi eləcə də axıra kimi iki nəfərlik olmalıdır. O da sevginin yalnız xoş anlardan ibarət olmadığını anlamalı, bu anları həmişə belə təravətli saxlamaq üçün nələri etməli olduğunu bilməlidir. Münasibəti yalnız başınıza idarə etməyə çalışmayın, çünki bu sizi çox tez yorar və sondakı reaksiyanız lazım olandan daha sərt və üsyankar ola bilər. İmkan verin qarşı tərəf də bu münasibət çün lazımlı olduğunu və sevdiyini əlində saxlamaq üçün nəvaziş göstərməli olduğunu və səy göstərməli olduğunu anlasın.


Köhnə sevgilinin “kölgəsini” yox edin

Bəzən tərəflər münasibətdə köhnə xatirələrin və sevgilinin kölgəsinin hiss edirlər. Burada da köhnə və yeni arasında müqayisə başlayır. Hansı daha yaxşıdır, görən hansı mənə daha çox dəyər verir deyə fikirləşməyə başayırsınız. Yenidən qayıtmağınızı istəyən köhnə sevgiliniz və sizi yenidən kəşf edən yeni sevgiliniz. Əgər seçimdə çətinlik çəkirsinizsə inanın bu yeni sevgilinizin heç xoşuna gəlməyəcək. Qərarsızlığınızla qayıdıb və ya gəlmək istəməniz onu tamam həvəsdən sala bilər və o sizin yolunuzda mübarizə aparmadan belə çəkilə bilər. Məsləhətimiz budur ki, “Bir suda iki dəfə çimmək olmaz” misalına uyğun hərəkət edin. Köhnə xatriləri yada salmaqdansa əlinizdə olanın yaxşı tərəfərini qabartmağa səy göstərin.


Qarşınızdakını olduğu kimi qəbul edin

Bəzən tərəflər böyük yanılğı içərisində qarşı tərəfi öz əsarətinə almaq və onu dəyiştirməyə çalışırlar. Ola bilər ki, bəzi fərqlilikləriniz olsun, məsələn o daha ciddidir siz daha zarafatcıl, o daha cəsurdur siz utancaq. Belə ayrılıqlarla xöşbəxt olmaq olar. Əgər doğrdan sevirsinizsə. Amma bəzi fərqlilikər var ki, onlarla münasibəti qoruyub saxlamaq daha çətindir. Əgər sizin dünyaya baxışınız, gələcəkdən gözlədiyiniz, dünya görüşünüz, intellectual səviyyəniz bir-biriylə uyuşmursa sizin üçün daha çətin olacaq. Əgər çox güclü sevgi yoxdursa, müəyyən zamandan sonra fərqli tələbatlar insanları bir-birindən ayırır. Ona görə münasibətin əvvəlindən onu olduğu kimi qəbul etmək və nə vaxtsa dəyişdirəcəyini ümidiylə müvəqqəti razılıq əldə etməyə çalışmayın. Sevginizi şikayət etmədən olduğu kimi qəbul edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.